Serera (simvolı: , ) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biri. Diametri təxminən 945 kilometrdir. 1801-ci ildə italiyalı astronom Cüzeppi Pyaççi tərəfindən kəşf olunmuşdur. 2006-ci ildə Beynəlxalq Astronomiya İttifaqı planet və cırtdan planet anlayışlarını dəqiqləşdirdikdən sonra Sereraya cırtdan planet statusu verilmişdir.

Serera Mars və Yupiter arasında asteroid qurşağının ortasına yaxın bir orbit izləyir, orbital dövrü (ili) 4,6 Yer ilinə bərabərdir.https://ssd.jpl.nasa.gov - Small-Body Database Lookup. İstifadə tarixi: 17.02.2024

Həmçinin bax Cırtdan planetlər Pluton Haumea Makemake Erida

İstinadlar

Kateqoriya:Cırtdan planetlər Kateqoriya:1801-ci ildə kəşf edilmiş astronomik obyektlər