Qasıməli Zahirnejad () – İranın Azərbaycan əsilli hərbçisi və general-mayoru.

Həyatı Qasıməli 1924-cü ildə Ərdəbil şəhərində anadan olmuşdur.

1999-cu ildə ürək tutması nəticəsində vəfat etmişdir. Tehran şəhərində Behişti-Zəhra məzarlığında dəfn edilmişdir.

Təhsili 1951-ci ildə İmam Əli Hərbi Universitetini bitirmişdir.

Karyerası O, 1973-cü ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmışdır, lakin 1979-cu il İran İslam inqilabından sonra yenidən orduda xidmət etməyə çağırılmışdır. Beləliklə, Urmiyadakı 64-cü diviziyaya komandan təyin edilmişdir. 1980-ci ildə general rütbəsi verilməklə İran jandarmasının komandanı təyin edilmişdir. 1981-ci ildə İran nizami ordusunun baş qərərgah rəisi təyin edilmişdir.

İran-İraq müharibəsi zamanı onun israrla bəzi taktikalar izləməsi İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbər şəxsləri ilə arasında toqquşmalar yaşanmasına səbəb olmuşdu.

1989-cu ildə general-mayor rütbəsinə yüksəldilmişdir.

Həmçinin bax Cənubi Azərbaycan İran azərbaycanlılarının siyahısı

İstinadlar

Kateqoriya:İran azərbaycanlısı hərbçilər Kateqoriya:İran hərbçiləri Kateqoriya:Ərdəbildə doğulanlar Kateqoriya:Behişti-Zəhrada dəfn olunanlar Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Azərbaycanlı generallar