Poladdan adam — MKK personajı olan Toni Starkın "Final" hadisələri zamanı qəhrəmancasına həlak olmasını əbədiləşdirmək üçün İtaliyanın Toskana regionunun Lukka əyalətindəki Forte-dei-Marmi şəhərində ucaldılmış heykəltaraşlıq abidəsidir. Müasir İtaliya memarı Daniel Basso tərəfindən hazırlanmış heykəl şəhərin Via-Kardukki küçəsində ucaldılmışdır.
Tarix
Heykəl 2019-cu ildə heykəltaraş Daniel Basso tərəfindən Forte-dei-Marmi şəhərindəki "Fortino Lorenese" qalereyasında baş tutan "Oltre Verso" adlı sənət sərgisində nümayiş etdirilmək üçün hazırlanmışdır. Sərginin hazırlanmasından sonra şəhər rəhbərliyi heykəlin Via-Kardukki küçəsində ucaldılmasına qərar vermişdir.
Təsviri
"Polad adam" ləqəbi populyar mədəniyyətdə daha çox DC Comics personajı olan Supermenə aid edilsə də, Dəmir adama həsr olunmuş heykəlin hazırlanmasında istifadə edilən materiala istinad edən müəllif, əsərini "Poladdan adam" adlandırmışdır. 4 metr hündürlüyə malik heykəl Dəmir adamı ikonik superqəhrəman enişi pozasında təsvir edir. Heykəlin postamenti üzərində vurulmuş plakatda yazılıb:
İstinadlar
Həmçinin bax Kapitan Amerika heykəli
Kateqoriya:Dəmir adam Kateqoriya:İtaliyadakı heykəllər