Krasnodar FK — Rusiya Premyer Liqasında oynayan və Krasnodar şəhərini təmsil edən Rus futbol klubudur. Klub 2008-ci ildə təsis edilmişdir. 2009-cu ildə, Rusiya ikinci liqanın cənub zonasını üçüncü sırada bitirməsinə baxmayaraq, Rusiya futbol liqası sisteminin ikinci ən yüksək divizionu olan Rusiya Birinci Divizionuna yüksəldi və 2010 mövsümünün sonunda, birinci divizionda 5-ci yeri tutmasına baxmayaraq, 2011-ci il mövsümü üçün Rusiya Premyer Liqasına yüksəldilər.
2013-cü ilin may ayında 35,074 yerlik Krasnodar Stadionunun inşasına başlandı və 9 oktyabr 2016-cı ildə təntənəli şəkildə açılan Stadionun tamamlanmasına qədər, Krasnodar FK ev oyunlarını Kuban stadionunda oynamağa məcbur oldu.
İstinadlar
Kateqoriya:2008-ci ildə Rusiyada yarananlar Kateqoriya:Krasnodar FK