Pulkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 22 km şimal-qərbdə yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.151, Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.207 qeyd edilmişdir. Kənd 1918 də dağıdılmışdır. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul, Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı.

Toponimi Toponim fars dilində "körpü" mənasında işlənən pül (pul) sözünəРадлов В.В. Опыт словарья тюркских наречий, т. IV, ч.2, СПб, 1911. s.1372Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb. SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s. 503, "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. 1727-ci ilə aid mənbədə "Pul" kimidir. Həmin mənbədə 6 xristian (alban) ailəsinin yaşadığı qeyd olunur.

Əhalisi Kənddə 1831-ci ildə 75 nəfər, 1886-cı ildə 122 nəfər,1897-ci ildə 153 nəfər, 1908-ci ildə 193 nəfər, 1914-cü ildə 282 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.78–79, 148–149. 1917-ci ilin dekabrında azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya edilmiş, kənd dağıdılaraq xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 1727-ci ilə aid mənbədə Pul kimidir Həmin mənbədə kənddə 6 xristian (xristian albanlar nəzərdə tutulmalıdır) ailəsinin yaşadığı qeyd olunur. XIX əsrin 80-ci illərinə aid mənbədə də Pul yazılmış (103, 164) və kəndin əhalisinin tatar (azərbaycanlı) olduğu göstərilmişdir.1917-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Fars dilində pul (pol) "körpü" sözündəndir.

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri