Mirsalam Mirsalamov (tam adı: Mirsalam Ağasəlim oğlu Mirsalamov, 28 avqust 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan prodüseri, teleaparıcısı, rejissoru və aktyoru. Azad Azərbaycan Teleradio Yayım Şirkətinin anons və dizayn qrupunun rəhbəri, "Süfrəmiz" və "Canlı Səs" telelayihələrinin aparıcı və yaradıcısı, "Planet Parni iz Baku" studiyasının icraçı prodüser və rejissoru, “Planet Parni iz Baku Events” şirkətinin direktoru, "Ay Brilliant", "Ölülər 21 əsr", "Ağanatiq", "Bəxt Üzüyü", "Məhəllə 3" filmlərinin icraçı prodüseri, "Həddən artıq uyğunluq" filmində aktyor kimi çalışmışdır.
Həyatı Mirsalam Mirsalamov 28 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 102 saylı məktəbə gedən Mirsalam 1998-ci ildə Azərbaycan Dövlət Maliyyə və İqtisad Kollecinin "Bank işi" ixtisasına daxil olmuşdur. 2002-ci ildə kolleci bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kultroloqiya" fakültəsində "Mədəniyyətin meneceri" ixtisası üzrə təhsil almışdır.
Yaradıcılığı və iş fəaliyyəti 2000-ci ildə "Space" Müstəqil Teleradio Kompaniyasında rejissor assistenti kimi fəaliyyətə başlayıb. 2006–cı ilədək "Space" Müstəqil Teleradio Şirkətində administrator, prodüser və rejissor vəzifələrdə çalışıb.
2006-2009-cu illərdə "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında icraçı prodüser, 2009-2012-ci illərdə baş prodüser və aparıcı vəzifələrində işləyib.
2012-ci ildə "Ay Brilliant" filmində icraçı prodüser vəzifəsində çalışıb.
2012-2013-cü ildə Grand MMC-nin baş direktoru vəzifəsini tutub.
2013-cü ildən bu günə qədər "Planet Parni iz Baku" studiyasında icraçı prodüser, "Planet Parni iz Baku Events" şirkətinin direktoru vəzifəsində çalışıb. "Ölülər 21 əsr", "Ağanatiq", "Bəxt Üzüyü 2", "Məhəllə 3" filmlərində və "TV-yə Giriş Qadağandır", "İdeal Milli Yumor", "Nataşa tı Prişol", "Nataşa mı Prişla" KVN konsertlərində icraçı prodüser kimi çalışıb. "McDonalds", "Bravo", "İcbari Tibbi Sığorta", "Azercell" kimi şirkətlərin reklam çarxlarının rejissoru olub.
2016-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Həddən Artıq Uyğunluq" filmində Mərdan obrazını canlandırıb. Həmən ildə "Azərbaycanın Ən Yaxşı Film Prodüseri" mükafatını alıb.
2019–2022-ci illərdə "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında anons və dizayn qrupunun rəhbəri vəzifəsində çalışıb.
2024-cü ildən Azərbaycan Respublikası Dənizkənarı Bulvar İdarəsində strateji inkişaf və marketinq şöbəsinin müdiri vəzifəsində işləyir. Filmoqrafiya İl Filmin adı Filmdə işi 2011 Balaban icraçı prodüser 2011 Fransız qadının gündəliyi icraçı prodüser 2011 Halay icraçı prodüser 2012-2014 3 bacı aktyor 2015 Ay Brilliant icraçı prodüser 2016 Həddən artıq uyğunluq aktyor 2016 Ölülər 21 əsr icraçı prodüser 2017 Ağanatiq aktyor, icraçı prodüser 2018 Bəxt Üzüyü icraçı prodüser 2019 Məhəllə 3 icraçı prodüser
Xarici keçidlər Facebook hesabı Instagram hesabı Twitter hesabı
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar