Qroznı rayonu () — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Qroznı şəhəridir (bununla belə rayonun tərkibinə daxil deyildir). Qroznı rayonunun rəhbərliyi Tolstoy-Yurt kəndində yerləşir.

Coğrafiya Rayon Çeçenistan Respublikasının mərkəzi hissəsində yerləşir. Şimalda Naurski və Şelkovski rayonları, şərqdə — Qudermes rayonu, cənub-şərqdə — Şali rayonu, cənubda — Urus-Martan rayonu ilə həmsərhəddir. Cənub-qərbdə Axçoy-Martano və Sunjenski rayonları, şimal-qərbdən Nadterek rayonu ilə sərhədə sahibdir. Rayonun mərkəzində onun tərkib hissəsi olmayan Qroznı şəhər rayonu yerləşir. Rayon şərqdə Arqun şəhəri ilə həmsərhəddir.

Çeçen düzünliyində yerləşir. Təbii şəraitə görə bölgə iki hissəyə bölünür — düzənlik və dağətəyi. Rayon ərazisi Terek çayından cənubda Terekvə Sunja dağları arasındadır. Rayonun şimaldan cənuba doğru uzunluğu 58,4 km, qərbdən şərqə isə 78,2 km-dir. Rayonun sahəsi — 1480.43 km²-dir.

Tarixi 1 avqust 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi "Çeçen-İnquş Muxtar Vilayətində mərkəzi Qroznı şəhəri olan yeni bir Qroznı rayonunun təşkili qərarına gəldi. Aşağıdakı rayonların ərazisi ona daxil edildi:

a) Petropavlovsk rayonu ləğv edildi və ərazisinə daxil olan Petropavlovka, İlyinki, Goryaçevodskaya, Pervomayskaya və Staro-Sunjenskaya kəndlərinin ərazisi ona birləşdirildi;

b) Urus-Martan rayonunun Berdıkel, Çeçen-aul, Novıye Aldı və Alxan-Kala kəndləri;

c) Nadterek rayonunun Köhnə Yurt kəndi;

ç) Qudermes rayonunun Yeni Yurt kəndi;

d) Qroznı Şəhər Sovetinin torpaqlarında yerləşən "Arqun" kolxozunun ərazisi

Yaşayış məntəqələri Qroznı rayonuna ümumilikdə 40 yaşayış məntəqəsi daxildir.

Əhali Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %çeçenlər 114 434 96,69 %qumuqlar 3 348 2,83 %ruslar 265 0,22 %digərləri 242 0,20 %bildirməyənlər 58 0,05 %ümumi 118 347 100,00 %

Silsilələr Terek silsiləsi Sunja silsiləsi Qroznı silsiləsi Braqun silsiləsi

İqtisadiyyat Sənaye Respublikada inkişaf etdirilən bütün neft yataqlarının əksəriyyəti Qroznı bölgəsində yerləşir.

Kənd təsrrüfatı Şəhər ətrafı şəraitdə Qroznı rayonu əkinçilik və maldarlıq üçün olduqca əlverişlidir. Yüksək məsuldarlıq verən torpaqlar və isti iqlim rayonda müxtəlif növ bitkilərin əkiləsinə imkan verir.

İstinadlar

Mənbə Грозненский район

Новости Грозненского района Kateqoriya:Çeçenistan rayonları