Oktyabrskoe (Цховребова 3.Д. Ойкономия Осетии (названия населённых пунктов Осетии). Юго-Осетинский научно-исследовательский институт им. 3. П. Ванеева. Цхинвал, 2003., ) — Rusiya Federasiyası, Şimali Osetiyanın Priqorodnı rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Priqorodnı rayonunun və Oktyabrskoe kənd sovetliyinin mərkəzidir. Coğrafiya Kənd Kambileyevka çayının hər iki sahilində, Vladiqafqazdan 70 km şimal-qərbdə yerləşir. Tarixi Müasir kənd XVIII əsrin ikinci yarısında qurulmuşdur. Bu zaman mərkəzi Anquşta olan Böyük İnguşdan kənarda mərkəzi Şolxi kəndi olan Kiçik İnquş bölgəsini fortmalaşmışdır.

1859-cu ildə keçmiş Şolxi kəndinin yerində, Kambileevskaya Sunja müdafiə xətti quruldu. Bu məntəqə 1867-ci ildə ləğv edildi və Tarski xutoruna çevrildi.

Rusiya Vətəndaş müharibəsi zamanı inquşların əksəriyyəti bolşeviklərin tərəfini saxladığından, 1922-ci ildə kazakların yaşadığı kəndlərin əhalisi deportasiya edildi və yerlərinə inquşlar köçürüldü.

1924-cü il 7 iyul tarixində keçmiş adı Şolxi ona qaytarıldı və kənd İnquş Muxtar Vilayətinə verildi (5 dekabr 1936-cı ildən Çeçen-İnQuş Muxtar Vilayəti).

23 fevral 1944-cü ildə çeçen və inquşların Qazaxıstan və Orta Asiya ərazisinə deportasiyası zamanı bölgə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasına birləşdirilir və Şolxi kəndi Kartsa olaraq adlandırıldı

1965-ci ildə RSFSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Kartsa kəndi Oktyabrskoe adlandırıldı123. Указ о переименовании отдельных сельских Советов и населённых пунктов Северо-Осетинской АССР. Д. № 621/1.

1992-ci ilin noyabrında Osetin-İnquş münaqişəsi zamanı kəndə ciddi ziyan dəydi. 1993-cü ildən bəri kənd fəal şəkildə bərpa olunur.

Əhali Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:

XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %osetinlər 9 110 87,3 %ruslar 973 9,3 %ermənilər 108 1,0 %gürcülər 96 0,9 %digərləri 149 1,4 %ümumi 10 436 100 % İqtisadiyyat Oktyabrskoe rayonunda fəaliyyət göstərən böyük müəssisələr: Oktyabrski konserv zavodu və Oktyabrski qida fabriki. Yerli «Alanxim» stadionunda «Avtodor» FK və «FAYUR Beslan» FK (2010-cu ildən) ev oyunlarını keçirir.

İnfrastruktur Prigorodnı Rayon İdarəsi,

1 nömrəli orta məktəb,

2 nömrəli orta məktəb,

Uşaq musiqi məktəbi,

Uşaq İncəsənət Məktəbi,

Rayon Mədəniyyət Sarayı,

Rayon kitabxanası,

Rayon Xəstəxanası,

Prigorodnı rayonunun 1 nömrəli yanğınsöndürmə məntəqəsi,

Rayon Məhkəməsi,

Rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi.

İstinadlar

Kateqoriya:XVIII əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:Priqorodnı rayonunun kəndləri