Leskenski rayonu (, Официальный сайт Лескенского муниципального района Кабардино-Балкарской Республики. Нормативно-правовые акты местной администрации См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Anzorey kəndidir.
Coğrafiya Leskenski rayonu Kabarda-Balkariya Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənub-qərbdə Çerek rayonu, qərbdə Urvan rayonu, şimal-şərqdə Mayski rayonu, həmçinin cənub və şərqdə Şimali Osetiya Respublikasının üç rayonu. Rayonun sahəsi 523.10 km²-dir.
Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Otlaq, meşə və qayalı silsilələr bir-birinə paralel ərazidən keçir. Leskenski rayonunda orta hündürlük 450 ilə 900 metr arasında dəyişir. Bölgədəki ən yüksək nöqtə Xaznibaşi dağıdır (3.102 m).
Rayon ərazisindən Urux, Lesken, Arqudan, Şeker və onların qolları keçir.
Tarixi Leskenskİ rayonu əvvəlcə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 29 dekabr 1937-ci il tarixli qərarı ilə Urvan rayonunun tərkibində olan Uruxski, Kalejski, Staro-Uruxski, Ozrekskİ, Staro-Leskenski, II Leskenski, Yerokkovski və Arqudanski kənd sovetliklərindən təşkil edilmişdirАдминистративно-территориальные преобразования в Кабардино-Балкарии. История и современность. — Нальчик : Эль-Фа, 2000. — 730 с..
20 dekabr 1962-ci ildə Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti “KBMSSR ərazisində kənd rayonlarının təşkili haqqında” fərman qəbul etdi. Buna qərara əsasən Leskenski rayonu ləğv edilərək yenidən Urvan yaronuna birləşdirildi.
8 avqust 2003-cü ildə Kabarda-Balkariya Respublikası Parlamenti inzibati mərkəzi Anzorei kəndində olan Leskenski rayonunu yenidən təsis etdi.
2005-ci ildə rayonda kənd sovetlikləri ləğv edildi və kənd yaşayış məntəqələri statusu ilə 9 bələdiyyədə birləşdirildi.
Əhali
Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %kabardinlər 25 113 90,20 %osetinlər 1 577 5,67 %balkarlar 677 2,43 %ruslar 179 0,64 %digərləri 275 0,99 %milliyyətini bildirməyənlər 19 0,07 %ümumi 27 840 100,0 % Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 2 953 2 834 5 787 20,79 % 15 — 59 yaş 9 096 9 376 18 472 66,35 % от 60 yaş 1 351 2 230 3 581 12,86 % Ümumi 13 400 14 440 27 840 100,0 %
Kişilər — 13 400 nəf. (48,1 %). qadınlar — 14 440 nəf. (51,9 %).
Əhalinin orta yaşı — 34,2 yaş. Kişilərin orta yaşı — 32,8 il. Qadınların orta yaşı — 35,5 il. İqtisadiyyat Rayonun böyük sənaye gücü bir spirt-maya fabriki və yeddi emal müəssisəsi ilə təmsil olunur. Bu müəsissələrdən beşi mövsümi xarakter daşıyır. Kənd təsərrüfatında əsas istiqamət bitkiçilikdir. İri və xırdabuynuzlu heyvandarlıq da inkişaf etmişdir. Kənd təsərrüfatı torpaqlarının icarə istifadəsi sistemi inkişaf etdirilmişdir.
İstinadlar
Mənbə Официальный сайт администрации Лескенского района Лескенский район на портале Правительства Кабардино-Балкарии
Kateqoriya:Kabarda-Balkariya rayonları Kateqoriya:1937-ci ildə yaranmış dövlətlər və ərazilər