Bərdə Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərmiş dram teatrlarından biri.
Teatr 1944-cü ilin sonlarında yaradılıb və fəaliyyətə 1945-ci il may ayının 1-də başlayıb. Mürşüd Haşımlı, Ağası Zeynalov və Oqtay Xəlilov bədii rəhbər, Alp Ağamirov və Yusif Məmmədov aktyor-rejissor, Abbas Babayev rəssam, İsfəndiyar Abdullayev musiqi hissə müdiri olublar.
1948-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə bütün teatrlar özünümaliyyələşdirmə sisteminə keçdi. Maddi çətinliklərlə qarşılaşan Bərdə Teatrı 1948-ci ilin mart-aprel aylarında bağlandı və əmlakın əsas hissəsi Ağdam Dövlət Teatrına verildi. Truppanın bir sıra aktyorları və rekvizitin, butaforun, geyimin az bir hissəsi Bərdə rayon mədəniyyət evinin sərəncamına keçdiİlham Rəhimli.Azərbaycan Teatr Ensiklopediyası Bakı. 2016.
Truppanın üzvləri
Teatrın əsas repertuarı Teatrın əsas repertuarı: "Aydın", "Sevil", "Yaşar" (Cəfər Cabbarlı), "Toy" (Sabit Rəhman), "Eşq və intiqam" (Süleyman Sani Axundov), "İntizar" (Mehdi Hüseyn və İlyas Əfəndiyev),
Musiqili tamaşalardan: "Ər və arvad", "Məşədi İbad" (Üzeyir Hacıbəyov), "Beş manatlıq gəlin" (Məmməd Səid Ordubadi və Səid Rüstəmov), "Durna" (Süleyman Rüstəm və Səid Rüstəmov);.
İstinadlar
Kateqoriya:Azərbaycan teatrları Kateqoriya:1944-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Bərdə