Frid (Fried) Oskar () — alman dirijoru, bəstəkar. 1904-cü ildən Berlində Musiqi həvəskarları cəmiyyəti və Müğənnilər ittifaqının rəhbəri olmuşdur. Frid Sovet Rusiyasına gəlmiş ilk əcnəbi dirijordur. 1922-ci ildə V. İ. Leninlə görüşmüş, bu görüş onun gələcək həyatına həlledici təsir göstərmişdir. 1931-ci ildən SSRİ-də yaşaməşdır. 1940-cı ildə SSRİ vətəndaşlığını qəbul etmişdir. Frid Oskar bir sıra orkester, xor,vokal-instrumental əsərlərin müəllifidir.

İstinadlar

Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:SSRİ dirijorları Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Almaniya bəstəkarları Kateqoriya:XIX əsr bəstəkarları