Çin mifologiyası — Çin xalq və mədəniyyətinin topladığı əfsanəvi miflər, inanclar və tarix anlayışlarının cəmi. Oksfordun Asiya mifologiyasına aid bir lüğəti Çin mifologiyasını belə təsvir edir:
Çin mifologiyası tarix, əfsanə və mifin qarışmasıdır.
Çin mifologiyasına müxtəlif siniflərdən insanların, coğrafi bölgələrin, günümüz də daxil olmaqla tarixi dövrlərin və müxtəlif etnik qrupların ənənələrində rast gəlinir. Çin, bir çox mifoloji ənənələrin, o cümlədən Han və onların Huaşya sələflərinin, eləcə də Tibet mifologiyasının, Türk mifologiyasının, Koreya mifologiyasının və digərlərinin mənbəyi hesab olunur. Bununla birlikdə, Çin mifologiyasının öyrənilməsi Çin dilindəki detallara diqqət yetirməyə təkan verir.
Mifologiyanın çox hissəs ekzotik mifoloji yerlərdə və ya müxtəlif zamanlarda baş verən, fantastik insanlar və varlıqlar ilə dolu həyəcanverici hekayələri, sehrli güclərin istifadəsini əhatə edir. Bir çox mifologiyalar kimi, keçmişdə Çin mifologiyasının, ən azı bir qisminin, tarixin faktiki qeydi olduğuna inanılırdı. Çin folkloru ilə yanaşı, Çin mifologiyası da Çin xalqının dininin mühüm bir hissəsini təşkil edir.
Çin mifologiyası, yaradılış mifləri, xalq rəvayətləri ilə folklor elementləri, tarixi hadisələrlə qarışıq bir mif quruluşu, əfsanəvi, ilahi padşahların siyahısı ilə nəzərə çarpır. Bir çox mif kainatın kosmologiyasını, onun tanrılarını və insanlarını və yaradılışı əhatə edir. Bəzi miflər tarixdən əvvəlki dövrlərin xronologiyasını təqdim edir. Məsələn, bunlardan biri insanlara ev tikməyi, bişirməyi və ya yazmağı və ya onların etnik bir qrupun və ya sülalə ailəsinin əcdadı olduğunu öyrədən bir mədəniyyət qəhrəmanıdır. Mifologiya adətlərlə sıx əlaqəlidir.
Mifin Çin mədəniyyətindəki yeri və Çin mifologiyası Quyunun ruhu|thumb|left|200px
Çin mifologiyasına aid ilk müasir tədqiqatların nəticəsində yaranan ümumi rəy, Çin mədəniyyətinin digər mədəniyyətlərdən fərqli olaraq çox aşağı və təsirsiz bir mifologiyaya sahib olması istiqamətində idi. Bunun ən böyük sübutu isə Çin miflərinə aid istinadların qədim Çin yazılarında parçalanmış şəkildə tapılması idi. Bu yazılarda bütövlükdə bir mifin varlığından danışmağın çətin olması ilə yanaşı, böyük mifik mövzular da nəzərə çarpmır. Bundan əlavə, qədim Çin ədəbiyyatı izahdan və epik tondan qaçır (yəni epik rəvayətlər çox zəifdir). Hər nə qədər sonrakı dövrlərdə həyata keçirilən müxtəlif araşdırmalar yazılarda kosmologiya, din və fəlsəfənin mifologiyadan daha çox yer tutduğu və daha çox əhəmiyyət kəsb elədiyi nəticəsinə gəlmiş və dinin bir mədəniyyətin mifologiyası olmadan da yarana bilməsi mümkün olsa belə, bu, Çin dini düşüncəsində ümumiyyətlə mifologiyanın olmadığını, yəni Çin mifologiyasının mövcud olmadığını və ya zəif olduğunu ifadə etmir. Xüsusilə, son zamanlarda bir çox mütəxəssis müxtəlif araşdırmalarla Çin mifologiyasının mövcud olmadığı və ya Çin mədəniyyətində mifik ünsürlərin olmaması kimi fikirləri tənqid etmiş və bunun həqiqətə uyğun olmadığı izah etmişlər. Çin ədəbiyyatı və dili mütəxəssisi Eni Birrel, Çin mifologiyasının olmaması fikrinin geniş yayılmasının əsas səbəbinin, "Ənənəvi Çinin Konfutsi imperial ideologiyası"nın məşhur dini ifadələrə və miflərə çox dəyər verməməsi və bu ön mühakimənin Maarifçilik dövrü zamanlarında avropalılar tərəfindən qəbul edildiyini iddia etdi. Bundan əlavə, Birrell Çin mifologiyasının orijinal mənbələrdə parçalanmasının problem olmadığın, əksinə, mifoqraflar və digər mütəxəssislər üçün müsbət hal ola biləcəyini iddia etdi. Çin mifologiyasının mütəxəssisi Norman J. Krardotun şikayət etdiyi parçalanmış mif yazılarının, Çin mifologiyasının Yunan və Roma mifologiyasından fərqli müsbət və konstruktiv tərəfinin olduğunu iddia edir.
Çin mifologiyasında başlanğıc və sonlar böyük əhəmiyyət daşıyır. Bu, müxtəlif yaradılış miflərindən (kosmoqoniyalardan) və hadisələrin, ixtiraların və canlıların həyatının başlamasına aid danışılmış bir çox miflərdən məlumdur.
Çin mifologiyasındakı digər vacib elementlərdən biri də dünyəvi fəlakətlərdir. Bundan əlavə, sonrakı dövrlərə doğru ağırlıq qazanan bir başqa məsələ də ideal idarəçi fikridir və Çin mifində ideal idarəçi, imperator fikri və bunlarla əlaqədar miflər çox böyük əhəmiyyət daşıyır. Qədim dövrlərdə heyvan-ata fikri, qəbilə vurğusu geniş yayılmış olduğu halda daha sonrakı dövrlərdə tanrılar, insanlar və heyvanlar müəyyən bir nizama salınmış və bir-birlərinə köhnə dövrlərə nisbətən daha yad və müxalif bir mövqeyə gətirilmişdir. Bu miflərin xarakteri sonrakı dövrlərdə fəlsəfi yüksəlişdən sonra üstünlük təşkil edən fəlsəfi fikrə uyğunlaşdırılsa da, müxtəlif fəlakət miflərinin mövcudluğu və qəbilələrin yaranması məlumdur. Sonrakı dövrün bir fərqliliyi də xaosdan nizama keçid motivinin xaos ilə əlaqələndirilmiş motivlərlə nizam və ahəng ilə əlaqələndirilmiş motivlərin arasındakı döyüşə edilən vurğular, Tanrıya inamı olmayan müxtəlif inanclar və kozmoqonik yanaşmaları əhatə etməsidir.<ref name=":0/"> Yenə bu dövrdə ideal hökmdar nümunələri olacaq və müxtəlif mifik və tarixi ünsürləri əks etdirən imperatorlar meydana çıxacaqdır. Bütün bu keçidlərin həm siyasi, həm sosial, həm də fəlsəfi dəyişikliklərdən qaynaqlandığı qəbul edilir.
Çin mifologiyası, Budizmin Çində yayılması ilə fərqli bir vəziyyətə gəlmişdir. Bu səbəbdən, Buddizmdən əvvəlki Çin mifologiyası və Buddizmdən sonrakı Çin mifologiyası çox oxşar olsa da, fərqlilikləri ehtiva edir və Buddizmdən sonrakı Çin mifologiyasında sinkretizm daha çox nəzərə çarpır. Miflərdə Buddist mənşəli elementlər, qəhrəmanlar və Daoist mənşəli elementlər və qəhrəmanlar qarışıq verildiyi kimi, bəzən eyni qəhrəman həm Buddist, həm də taoistik xüsusiyyətlərini nümayiş etdirə bilər. Buddizmdən əvvəl Çin mifologiyasına aid məlumatlar çox az idi və bu gün bu sahədə görülən işlərin əksəriyyəti, mövzu olduğu dövrdən etibarən yeni sayıla bilən Konfutsi mətnlərindən götürülmüşdür. Çin mifologiyası qatı bir siyasi xarakter daşıyır; sonralar Konfutsi alim və yazıçıları mifləri siyasi və tarixi reallıq kimi şərh etmiş; onlara siyasi və tarixi mənalar qoymuşlar. Məsələn, "yaxşı imperator" ilə "pis imperator" kimi siyasi və ictimai fikirlərini bu miflərdə tarixi ibrət və nəsihət hekayəsi olaraq qeyd edilib. Mifoloji və yarı-mifoloji xronologiya
Mifoloji və yarı-mifoloji xronologiyaya insanlar tərəfindən dünyanın və insanların yaradılması, bəzən daşqınlar və hakim sülalələrin inkişafı kimi müxtəlif mədəni inkişafların mifik təsvirləri daxildir. Erkən sülalələr haqqında bir çox mif və hekayə nağıl edilib, lakin daha doğru tarixi ədəbiyyatın Qin sülaləsindən başladığı iddia olunur.
Zaman və təqvim mifologiyası
Zaman və təqvim mifologiyasına on iki bürc heyvanı və illər, gün və ya saatlar üçün qəyyum təyin olunmuş müxtəlif ilahilər daxildir.
12 bürc heyvanlarına gəldikdə isə onların dəqiq quruluşu bəzən bir az fərqlidir. Əsas prinsip etibarilə heyvanlar sıra ilə bir ildə bir dəfə, yəni hər ay bir heyvan o ayın simvolu seçilirdi.
Bəzi mənbələr Şan Xay Tszin kitabından ilahə təsviri. Nüva (Nüwa)|thumb|200px |thumb|Şan Tszin Çu-dan Veyxe çayının xəritəsi|200px Şijinin ilk səhifəsi.|thumb|left|250px Arxeoloji və tarixi tapıntılarla yanaşı, bir çox qədim Çin mətnləri Çin mifologiyası haqqında məlumat verir və Çin mifologiyasına aid məlumatların çoxu bu əsərlərdən gəlir. Bunlardan bəziləri:
Şan Xay Tszin, yəni "Dağ və Dəniz Klassikası" qədim Çində mifləri, cadu və dinləri ətraflı izah edən bir ədəbiyyatdır. Kitabda coğrafi, tibbi, tarixi məzmunlarla yanaşı həm də adət və etnik növzular da mövcuddur. Digər yazılarda qeyd olunmayan bir çox mifik fiqur bu əsərdə qeyd olunur, bəzi miflərin fərqli variantlarını ehtiva edən əsər, klassik Çin mifologiyasının böyük bir hissəsini ətraflı şəkildə özündə əks etdirir. Şan Tszin Çu, yəni "Su Klassikasına dair izahlar", daha qısa əsər olan Su Klassikasının (Shui Jing) izahı və şərhi olaraq yazılmağa başlandı. Lakin zaman keçdikcə sıx coğrafi, tarixi məzmuna və bunlarla əlaqəli rəvayətlərə görə əsər öz-özünə məşhurlaşdı. Heyan Çuan və ya "Qaranlıq dastanı" Xubeydəki Şennonqjia dağlıq bölgəsində məskunlaşmış Han millətinin bir icması tərəfindən qorunan və dastanlar şəklində yazılan əfsanələr toplusudur.
İmperiyanın tarixi sənədləri və fəlsəfi yazılar: Şiji, Şanqşu, Liji, Lüşi Çunku və s.
Çin mifologiyasını araşdıran müxtəlif elm adamları fərqli mənbələrdən olan mətnləri daha vacib hesab edilər. Məsələn, Çin ədəbiyyatı və dilinin mütəxəssisi Anne Birrell, Çin mifologiyasının girişində Çu Ci antologiyasında yazdığı və Qu Yuan (müəllif) ilə əlaqələndirilən Çin İlahi Suallarını (Tian Wen) Çin mifologiyasını öyrənmək üçün ən vacib mənbə olduğunu iddia etdi. Digər bir alim, Çin tarixi mütəxəssisi Suzanne Cahill, Birrellin fikrini tənqid edərək, Birrellin Çin mifologiyasına dair kitabında Shan Hai Jing-in geniş şəkildə istifadə edilməsinin Şan Hai Jing-in Çin mifologiyasına üstünlük verməsinin təzahürü olduğunu iddia etdi.
Yaradılış mifləri left|thumb|Pan Qu (Panqu)|180px Çin mifologiyasında bir çox fərqli yaradılış mifi var. Bu miflər xarakterləri və fərqli dini meyilləri baxımından bir-birlərindən fərqlənir. Ancaq bunların hamısının müəyyən mövzuları var: xaosdan nizama keçid, ikinci kainat modelinin nizamla ortaya çıxması və İn və Yan.
Eramızdan əvvəl II əsrin ortalarından etibarən Huai Nan Zi mətnində iki tanrının kainatı necə yaratdığını izah edən bir yaradılış mifi mövcuddur. Bu iki tanrının adları verilmir, xaosdan çıxan tanrılar yer və səmanı yaradır və özləri də İn və Yanı yaradırlar.
Çin mifologiyasındakı başqa bir yaradılış mifində heç bir tanrıdan bəhs edilmir. Bu mifə görə isə əvvəlində nə bir tanrı, nə də tanrıya bənzər bir şey yoxdur; yalnız çox böyük bir su buxarı var. Zamanla bu bulud xaotik və amorf vəziyyətdən nizamlı və formalı vəziyyətə keçir, fərqli təbiətə sahib olan kainat modelinin əsasını təşkil edən yin ilə bir atəş yaradır.