Məmməd Əsəd oğlu Mehdiyev () — baytarlıq elmləri doktoru, professor, Azərbaycan Ali Sovetinin deputatı və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun IX rektoru.

Həyatı 1911-ci ildə Şamaxıda anadan olmuşdur.

Ali təhsilini 1935-ci ildə İrəvan Baytarlıq İnstitutunda bitirmiş, ardınca Maksim Qorki adına Kazan Aqrar İnstitutunda təhsil almışdır.

İkinci Dünya müharibəsi iştirakçısı olmuşdur.

1988-ci ildə vəfat etmişdir.

Fəaliyyəti

Elmi fəaliyyəti Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri, fakültə dekanı işləmişdir. 1953-cü ildə baytarlıq elmləri doktoru dərəcəsini və professor elmi adını almışdır.

1963-cü ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnsititutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır.

Siyasi fəaliyyəti Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.

1954–1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda direktor və rektor qismində ali təhsil müəssisəsinin 9-cu rəhbəri olmuşdur.

Mükafatları Məmməd Mehdiyev "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin deputatları Kateqoriya:Azərbaycan Dövlət Aqrar Universitetinin rektorları