Andrey Faminsın () — rus botaniki, ictimai xadim. Peterburq Elmlər Akademiyasının akademiki (1884).

Fəaliyyəti Peterburq Elmlər Akademiyasının bitki anatomiyası və fiziologiyası laboratoriyasının təşkilatçısı(1890) və direktoru(indiki Rusiya EA K. A. Timiryazev adına Bitki Fiziologiyası İnstitutu) olmuşdur. Peterburq bitki fizioloqları məktəbinin banisidir. İlk bitki fiziologiyası dərsliyinin müəllifidir. Əsas tədqiqatı bitkilərdə fotosintez və maddələr mübadiləsinə həsr edilmişdir. İlk dəfə (1867 O. V. Baranetski ilə birgə) şibyələrdən yosunların yaşıl hüceyrələrini ayırmışdır. Simbiogenez nəzəriyyəsini inkişaf etdirmiş, rus botanikləri cəmiyyətinin prezidenti (1915) olmuşdur. Azərbaycan Sovet Ensiklopediyası

İstinadlar

Ədəbiyyat Андрей Сергеевич Фаминцын. Жизнь и научная деятельность. Ленинград. 1981

Kateqoriya:Bitki fizioloqları Kateqoriya:XIX əsr bioloqları Kateqoriya:Lixenoloqlar Kateqoriya:İctimai sahədəki yazıçılar