Qanlı Milad — 20 dekabr və ya 21 dekabr 1963-cü ildə Kipr türklərinə qarşı silahlı hücumlara"Kanlı Noel' temizlik operasyonuydu!", 21 mart 2007 tarihli Sabah gazetesi verilən addır. Bu adada icmalararası qarşıdurmaların başlanğıcı hesab olunur. Hadisələrdə cəmi 364 Kipr Türkü və 174 Kiprli Yunan həyatını itirdi.Oberling, Pierre. The road to Bellapais (1982), Social Science Monographs, sf.120 : "According to official records, 364 Turkish Cypriots and 174 Greek Cypriots were killed during the 1963–1964 crisis."

Akritas planı İsveçrənin Sürix şəhərində Yunanıstan, Türkiyə və Birləşmiş Krallıq arasında keçirilən görüşlərdə hazırlanan konstitusiya ilə 16 avqust 1960 tarixində Kipr Respublikası müstəqil bir dövlət olaraq quruldu.Hasgüler, Mehmet (Şubat 2007). a.g.e, 231. sayfa. Kipr Respublikasının ilk prezidenti seçilən III Makarios Kiprin 1961-ci ildə mövcud konstitusiya ilə idarə edilə bilməyəcəyini iddia etməyə başladıHasgüler, Mehmet. Kıbrıs'ta Enosis ve Taksim Politikalarının Sonu; 238. sayfa, Alfa Yayınları, Şubat 2007, ISBN 975-297-836-3. və 1963-cü ilin noyabrında konstitusiyaya on üç maddəyə dəyişiklik təklif etdi.Hasgüler, Mehmet (Şubat 2007). a.g.e, 239. sayfa. Kipr Türk Birliyinin bu dəyişiklikləri qəbul etməsi üçün Kiprli Rum fanatikləriİsmail, Sabahattin. 20 Temmuz Barış Harekatının nedenleri, gelişimi, sonuçları ; 105. sayfa, Kastaş A. Ş. Yayınları, 1988, ISBN 975-763-905-2. Akritas Planı adı altında adada gərginliyi artıran qəzetlər nəşr etməyəKürşad, Fikret; Haşim Altan, Mustafa; Egeli, Sabahattin. Belgelerle Kıbrısʼta Yunan emperyalizmi; 195. sayfa, Kutsun Yayınevi, 1978. davam etdilər.

Qanlı Milad 1963-cü il dekabrın 20-nə keçən gecə Nikosiyanın Tahtakale rayonunda avtomobillərə atəş açması nəticəsində Zeki Halil və Cemaliye Emirali öldürüldü. İlk başda 30 kənd hücuma məruz qaldı. Ümumilikdə 103 kəndə hücum edildi. Nikosiyanın Kiçik Qaymaqlı mahalı mühasirə altına alınmışdı. Qanlıdərə bölgəsində Türklərə qarşı bir hücum təşkil edildiBelgelerle Türk tarihi; 25–29. sayfa, Menteş Kitabevi, 2001.. Larnaka və Tuzla bölgələrində Türk evləri atəşə tutuldu və doqquz adam öldü. Bölgədəki 13 Türk kəndinin sakinləri 23 dekabr tarixindən etibarən daha böyük Türk kəndlərinə köç etdi. 1 yanvar 1964-cü ildə Daily Herald aşağıdakıları bildirdi: Türk evlərinə gələndə dəhşətə gəldim. Divarlar istisna olmaqla, tamamilə məhv edilmişdi. Şübhə edirəm ki, hətta bir napalm hücumu belə məhv ola bilər.Stephen, Michael. The Cyprus question (1997), The British-Northern Cyprus Parliamentary Group, sf. 15

Ayvasıldakı hadisələr AyvasıldaTürk dünyası araştırmaları; 176. sayfa, Türk Dünyası Araştırmaları Vakfı, 1989. Türklərə qarşı hücumlar edildi. Bu hücumlar 21–22 dekabr tarixlərində baş verib. Xəlil Sədrazam kənddə əvvəlcə 12 nəfərin öldürüldüyünü bildirir. Sonra onu öldürməyə davam etdiklərini söyləyir. 3 yanvar 1964-cü ildə 9 nəfərin cəsədi tapıldı və dəfn edildi. 13 yanvar 1964-cü ilə qədər davam edən qazıntılar zamanı 21 nəfərin qalıqları tapıldı.14 Ocak 1964 tarihli Halkın Sesi gazetesi Öldürülənlər Nikosiya Tekke Bağında (Şəhidlik) dəfn edildi.

Kumsal Basqını 24 dekabr 1963-cü ildə Nikosiyanın Kumsal rayonunda 11 nəfər öldürüldü. Bunlardan 4-ü Təqaüdçü Tibbi Briqada generalı Nihat İlhanın ailəsi idi (o vaxtlar Kiprdə 650 şəxsi heyəti olan"Kanlı Noel" den ders almalıyız (1)", 5 Ocak 2009 tarihli Önce Vatan gazetesi Kipr Türk Qüvvələri Alayı Komandanlığının mayoru). İlhan'ın evindəki hamamda həyat yoldaşı Mürkün İlhan və övladları Murat, Kutsi və Hakan ölü tapıldı. Basqının edildiyi ev daha sonra Barbarizm Muzeyi olaraq ziyarətçilər üçün açıldı.

Nəticələr 364 Kipr Türkü və 174 Kiprli Yunan həyatını itirdi və 8,667 Kipr Türkü 103 kəndi tərk etdi. 22 dekabr 1985-ci il tarixli Milliyet qəzetində köç etməyə məcbur olanların sayı 25 min, 23 dekabr 1993-cü il tarixli qəzetdə isə sayının 30 min olduğu bildirilir. John Terence O'Neill və Nicholas Rees, 30.000 Kipr Türkünün köç etməli olduqlarını ifadə etdi.John Terence O'Neill, Nicholas Rees. nited Nations peacekeeping in the post-Cold War era (2005), Taylor & Francis, sf.81 Dekabrın 25-də Kipr Türk Qüvvələri alayı yerləşdirildi və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Nikosiya üzərindən xəbərdarlıq uçuşlarına başlamışdılar. Hadisələr üstünə 30 dekabr 1963-cü il günü toplanan Birləşmiş Krallıq, Türkiyə və Yunanıstan hökumətləri Yaşıl xətti təyin edən Yaşıl Xətt Anlaşması edildi.

Həmçinin bax Kipr Kipr böhranı Kipr türkləri

İstinadlar

Xarici keçidlər Tarih Araştırmaları: 1964 Olayları "Kanlı Noel katliamı unutulmadı", 25 Aralık 2008 tarihli Yeni Çağ gazetesi

Kateqoriya:Kipr böhranı Kateqoriya:1963-cü ildəki münaqişələr