Əli Nəcəfxan oğlu Əliyev — "Xalq qəzeti"nin Sumqayıt şəhəri üzrə bölgə müxbiri, şöbə müdiri, humanitar siyasət şöbəsinin əməkdaşı, şair-publisist, "Əməkdar jurnalist", Sumqayıt Dövlət Dram teatrı bədii şurasının üzvü.2021-2022-ci il Prezident təqaüdçüsü.
Həyat və fəaliyyəti Əli Nəcəfxanlı 1957-ci il iyunun 2-də Sumqayıtda dünyaya gəlib. Şəhərdəki 17 nömrəli orta məktəbi bitirib. Ali təhsil aldıqdan sonra bir sıra yerlərdə çalışıb. Əli Nəcəfxanlı uzun müddət AzTV-də fəaliyyət göstərib. Hazırda "Xalq qəzeti"nin Sumqayıt şəhəri və Cənub bölgəsi üzrə müxbirdir.
Regionların sosial-iqtisadi inkişafı, yaradıcı insanları ilə bağlı silsilə məqalə və oçerkləri müntəzəm şəkildə dövlət mətbuatında çap olunur. Bədii yaradıcılıq nümunələri vaxtaşırı olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet" Türkiyə dərgiləri və digər mətbuat orqanlarında dərc edilir. AYB-nin Sumqayıt bölməsinin tədbirlərində fəal iştirak edir.
Jurnalistlik fəaliyyətilə yanaşı həm də şair-publisist kimi tanınır. Bir neçə şeirlər kitabı çıxıb.
Kitabları "Uğur olsun, Qarabağ" (Kommunist nəşriyyatı, 1991-ci il, 63 səhifə); "Ürəyimi döyən həvəs" (Bakı, Adiloğlu nəşriyyatı, 2003-cü il, 72 səhifə); "Payız prospekti" (Sumqayıt Dərələyəz-M nəşriyyatı, 2010-cu il, 128 səhifə); "Ürəyimdir yazanım" (Sumqayıt, Azəri nəşriyyatı, 2015-ci il, 208 səhifə); "Söz yerə düşməsin" (Bakı, Qanun nəşriyyatı, 2017-ci il, 120 səhifə). Tərcümə etdiklərim ("Qanun" nəşriyyatının sifarişi ilə): İngilis yazıçısı Corc Orueldən "Kataloniyaya məhəbbətlə", "Birma günləri", "Keşiş qızı" , "Yaşasın fikus" rus dilindən. İngilis yazıçısı Nil Geymandan "Koralina", "Qəbiristanlıq kitabı" və "Qapı arxası" rus dilindən.Cordan Pitersondan "Həyatın 12 qaydası: Xaos üçün antidot" rus dilindən.
Mükafatları Bir neçə dəfə KİVDF-nin jurnalist yazıları müsabiqələrində qalib gəlmişdir. AJB-nin "Həsənbəy Zərdabi", Beynəlxalq Mahmud Qaşqari Fondunun "San Yarlığı" mükafatlarına layiq görülmüşdür. Azərbaycan Mətbuat Şurasının Diplomu, Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının fəxri-fərmanları ilə təltif edilmişdir.
20 noyabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əli Nəcəfxanlı "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdürSumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Şeir yaradıcılığına görə Prezident təqaüdçüsüdür (2021-ci il).
İstinadlar
Kateqoriya:Sumqayıtda doğulanlar