Filipp Hes (; ) — alman Yunan-Roma güləşçisi, dünya çempionatının mükafatçısı.

Həyatı Filipp Hes 1887-ci ildə anadan olub. 1919-cu ildə o, Almaniya çempionluğunu qazandı. 1920-ci ildə dünya çempionatının gümüş medalına yiyələndi. 1921-ci ildə Avropa çempionatının bürünc mükafatçısı oldu.

1923-cü ildə ABŞ-yə mühacirət etdi və ömrünün sonuna qədər Miluoki şəhərində alman idman klubunun prezidenti idi.

İstinadlar

Xarici keçidlər Filipp Hes — International Wrestling Database saytında profili (ing.)

Kateqoriya:Almaniya güləşçiləri