Yakob Yordans () — flamand rəssamı, flamand barokkosunun görkəmli nümayəndələrindən biri.

Həyatı Yakob Yordans 19 May 1593-cü ildə on bir uşağın birincisi kimi Antverpendəki varlı kətan taciri Jacob Jordaens Sr və Barbara van Wolschaten-dən olub. Yordanesin erkən təhsili haqqında az şey bilinir. Ümumiyyətlə sosial təbəqəsinin uşaqları üçün verilən təhsilin üstünlüklərini aldığını güman etmək olar. Bu fərziyyə aydın yazısı, fransız dilindəki bacarığı və mifoloji biliyi ilə dəstəklənir. Yprdanesin İncildəki mövzularla tanışlığı onun bir çox dini rəsmlərində aydın görünür və sonradan Katoliklikdən Protestantlığa keçməsiylə İncil ilə şəxsi maraqları gücləndi. Yakob Yordanes Peter Paul Rubens və Antonio Van Deykdən sonra gününün aparıcı Flamand Barokko rəssamı idi. Bu müasirlərindən fərqli olaraq, İtalyan rəsmini öyrənmək üçün heç vaxt xaricə getməmiş və karyerası onların intellektual və nəzakətli istəklərinə laqeyd münasibətilə yadda qalmışdır. Əslində, Aşağı Ölkələrdəki yerlərə bir neçə qısa səyahət istisna olmaqla, bütün ömrü boyunca Antverpendə qaldı. Uğurlu bir rəssam olmaqla yanaşı, görkəmli gobelen dizayneri idi. Rubens kimi, Yordanes də qurbangah əsərləri, mifoloji və alleqorik səhnələr çəkmişdir. 1640-cı ildən sonra - Rubensin öldüyü il - Antverpendə genişmiqyaslı komissiyalar üçün ən vacib rəssam idi.

Yaradıcılığı

İstinadlar

Kateqoriya:Barokko incəsənəti Kateqoriya:Flamand intibah rəssamları Kateqoriya:Portret rəssamları Kateqoriya:XVII əsr rəssamları Kateqoriya:Flamand peyzaj rəssamları