Makarska — Xorvatiyanın Adriatik dənizi sahilində, bölgənin ən böyük şəhəri olan Splitdən 60 km cənub-şərqdə yerləşən bir turizm şəhəridir. Makarskanın əhalisi 13,834 nəfərdir.
Tarixi Arxeoloji qazıntıların göstərdiyi kimi, dənizdən iki burunla etibarlı şəkildə qorunan körfəzin sahillərində yerləşən yaşayış məntəqəsi Roma dövründən mövcud olmuşdur. Lakin yerli knyazların qüdrəti tezliklə zəifləməyə başladı. Bir neçə əsr ərzində bu torpaqlar uğrunda yerli və bosniyalı knyazlar, macar-xorvat kralları və Venesiya dəyişkən uğurla mübarizə aparmışlar. XV–XVI əsrlərdə isə Makarska ətrafındakı torpaqlar yenidən mübarizə meydanına çevrildi — bu dəfə Venesiya ilə Osmanlı imperiyası arasında.
Türklər yaşayış məntəqəsini XVI əsrin ortalarında ələ keçirmiş və onu 100 ildən artıq müddətdə nəzarətdə saxlamışlar. Bu dövrdə şəhər sahilin Venesiya hücumlarını dəf edən əsas möhkəmləndirilmiş qalalarından birinə çevrilmişdir.
1646-cı ildə bölgə yenidən venesiyalıların nəzarətinə keçmiş, 1681-ci ildə isə Makarska rəsmi şəkildə Venesiyaya birləşdirilmişdir. Sonrakı 100 il ərzində Venesiyanın hakimiyyəti dövründə şəhər xeyli böyümüş və Dalmasiyanın əsas mərkəzlərindən birinə, bir çox dəniz və quru ticarət yollarının qovuşduğu mühüm nöqtəyə çevrilmişdir.
1797-ci ildə Kampo-Formio sülh müqaviləsinə əsasən Makarska, bütün Xorvatiya kimi, Avstriyaya birləşdirildi. Qısa müddətli fransız hakimiyyətindən sonra isə 1813-cü ildə yenidən Avstriya tacının tabeliyinə keçdi. 1914-cü ildə burada istirahətçilər üçün ilk otel açıldı, lakin Makarska Rivyerasının kurort zonası kimi əsl yüksəlişi XX əsrin 70-ci illərində başladı.
1990-cı ildə Yuqoslaviyanın dağılmasından sonra Makarska və Makarska Rivyerası müstəqil Xorvatiyanın tərkibinə daxil olmuşdur. Dubrovnikdən və Xorvatiyanın Dalmasiya bölgəsindəki bir çox digər şəhərlərdən fərqli olaraq, şəhər 1990-cı illərin vətəndaş müharibələri zamanı ciddi zərər görməmişdir. Müharibə başa çatdıqdan sonra şəhər və bölgənin turizm sənayesi sürətlə inkişaf etməyə başlamışdır.
Qardaş şəhərlər Dyakоvо, Xorvatiya Stari-Qrad, Xorvatiya Vуkоvаr, Xorvatiya Kavadarçi, Şimali Makedoniya Budva, Monteneqro Sarayevo, Bosniya və Herseqovina Travnik, Bosniya və Herseqovina Maribor, Sloveniya Znojmo, Çexiya
Qalereya
Həmçinin bax Xorvatiya Xorvatiya şəhərləri
İstinadlar
Xarici keçidlər GCatholic — former cathedral Makarska, Croatia: Secret Seaside Makarska rəsmi saytı Makarska Turizm haqqında məlumat saytı
Kateqoriya:Xorvatiya şəhərləri Kateqoriya:Split-Dalmatiya jupaniyasının yaşayış məntəqələri Kateqoriya:Xorvatiyanın sahilyanı yaşayış məntəqələri