Sığnaq və ya Sığnax — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu–Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Əhalisi 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdiİnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali - səh. 3.
Həmçinin bax Xocalı soyqırımı
İstinadlar
Xarici keçidlər Tural Həsənqarayev: Xocalı əməliyyatı (Çanaqçı – Sığnax cəbhəsi) (2-ci hissə)
Kateqoriya:Xocalı rayonunun kəndləri