Hans Kristian Hansen () — Danimarka dövlət və siyasi xadimi.

Həyatı Əmək fəaliyyətinə mətbəə fəhləsi kimi başlamışdır. Gənc yaşlarından Danimarka Sosial-Demokrat hərəkatına qoşulmuşdur. 1935-1939-cu illərdə Sosialist Gənclər İnternasionalının sədri olmuşdur. 1936-cı ildən Danimarka Sosial-Demokrat Partiyasından (DSDP) parlament deputatı olmuşdur. 1939-41, 1945-1953-cü illərdə Danimarka Sosial-Demokrat partiyasının katibi olmuşdur. İkinci Dünya müharibəsi dövründə Müqavimət hərəkatında fəal iştirak etmişdir. 1945-ci ildə və 1947-1950-ci illərdə Danimarka maliyyə naziri işləmişdir, bir ay müddətində ticarət naziri olmuşdur. 1953-cü ildə xarici işlər naziri təyin edilmiş və 1958-ci ilədək bu vəzifədə işləmişdir. 1955-60-cı illərdə isə Danimarkanın baş naziri olmuşdur, eyni zamanda DSDP-nin sədri idi.Azərbaycan Sovet Ensiklopediyası, 10-cu cild, Bakı, 1987-ci il

İstinadlar

Kateqoriya:Kopenhagen Qərb qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Danimarka baş nazirləri