Brondbü FK () — Danimarka peşəkar futbol klubu. 1964-cü ildə eyni adlı şəhərdə təsis edilmişdir. Ölkənin ən yüksək liqası olan Superliqada çıxış edir və ən titullu klublardandır.

Tarixi 1964-cü ildə yaradılan Brondbü həvəskar klub kimi altıncı liqada mübarizə aparmağa başlayır. 1967-ci ildə klub Zelandseriyaya (5-ci liqa) yüksəlir. Daha bir neçə il sonra komanda gücünə görə dördüncü liqada — Danmarkseriyada mübarizə aparmağ başlayır.

1973-cü ildə Danimarka millisinin üzvü Finn Laudrup komandaya baş məşqçi təyin edilir. Finn Laudrup oğulları Mikael və Brianı isə Brondbünün uşaq məktəbinə gətirir. Lakin Finn Laudrup cəmi 3 il bu vəzifədə qalır.

Növbəti il Brondbü ikinci liqaya yüksəlir. 1981-ci ildə Finn Laudrup komandaya qayıdır. 1981/1982 mövsümü əlamətdar olur və klub ilk dəfə yüksək liqaya (o zaman I Divizion) vəsiqə qazanır. 1982-ci ildə Mikael Laudrup yenidən Brondbüyə qayıdır və mövsümün sonunda Yuventusa transfer olunur.

1985-ci ildə Brondbü ilk Danimarka çempionluğunu əldə edərək Çempionlar kubokunda çıxış etmëk hüququ qazanır.

Ümumiyyətlə 80-ci illərin ikinci yarısı və 90-cı illəri Brondbünün "qızıl dövrü" adlandırmaq olar. Bu aralıqda komanda 8 dəfə ölkə çempionu olmaqla yanaşı 4 dəfə ikinci və ikindəfə üçüncü pilləni tutmuşdur.

Daha 2 çempionluq 2001/2002, 2004/2005 mövsümlərində əldə edilir. Ancaq bu uğurlardan sonra klub hələ ki birinci yeri tuta bilməyib.

Uğurları Superliqa (10): 1985, 1987, 1988, 1990, 1991, 1995/96, 1996/97, 1997/98, 2001/02, 2004/05 Danimarka kuboku (7): 1988/89, 1993/94, 1997/98, 2002/03, 2004/05, 2007/08, 2017/18 Danimarka liqa kuboku (2): 2005, 2006

Məşhur futbolçuları Peter Şmeyxel Mikael Laudrup Brian Laudrup Lars Olsen Mikael Krondelli Yohan Elmander Uçe Okaçukvu

İstinadlar