Roza Kamal qızı Eynula və ya Eynullayeva (doğ. 10 sentyabr 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan əsilli Cənubi Koreya şahmatçısı. Qadınlar arasında FİDE ustası.

Həyatı Roza Eynula 10 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. 14 yaşlı qızlar arasında Azərbaycan çempionudur. 1998-2000-ci illər aralığında qızlardan ibarət Azərbaycan yığmasının üzvü olub. Sonralar ABŞ-yə köçüb və bu ölkəni təmsil etməyə başlayıb. 16 yaşında olarkən 21 yaşlı qızlar arasında ABŞ çempionu olub.

Hazırda Cənubi Koreyada yaşayır və bu ölkəni təmsil edir. 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət Cənubi Koreya yığmasının heyətində ikinci lövhədə çıxış edib.

İstinadlar

Xarici keçidlər Roza Eynula. Chess-DB.com Roza Eynullayeva Chessgames.com

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanın qadın şahmatçıları Kateqoriya:ABŞ şahmatçıları Kateqoriya:Cənubi Koreya şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:ABŞ azərbaycanlıları Kateqoriya:Cənubi Koreya azərbaycanlıları