Baxışov Mehman Abbas oğlu () — Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini, general-mayor (2013).

Həyatı Mehman Baxışov 1959-cu il iyulun 28-də Abşeron rayonunun Altıağac kəndində anadan olmuşdur. 1966–1974-cü illərdə Altıağac kənd orta məktəbinin rus bölməsində təhsil almışdır. 1974-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş və 1976-cı ildə buranı bitirmişdir.

1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş, 1981-ci ildə hərbi mühəndis-texnoloq ixtisası üzrə ali təhsilini başa vurmuşdur. 1990–1991-ci illərdə Marşal Timoşenko adına Ali Hərbi Akademiyanın SSRİ Müdafiə Nazirliyinin hərbi nümayəndələri ixtisası üzrə Rəhbər Mühəndislər Heyəti fakültəsində təhsil almışdır. 2001–2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında strateji tədqiqatlar və dövlət müdafiəsinin idarə edilməsi üzrə akademik kurs keçmişdir.

Hərbi xidməti Mehman Baxışov 1981-ci ilin iyulundan 1985-ci ilin avqustuna qədər SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında Saxlama şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. 1985-ci ilin avqustundan SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində aparıcı mühəndis, 1990-cı ilin noyabrından isə SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Nümayəndəliyinin rəisi vəzifəsində çalışmışdır.

1992-ci ilin aprelindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini vəzifəsində xidmət etmişdir. 1992–1993-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.

1992-ci ilin mayından 1994-cü ilin yanvarına qədər Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin Baş hərbi nümayəndəliklər şöbəsinin rəisi olmuşdur. 1994-cü ilin yanvarından 2019-cu ilin oktyabrına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü il tarixli Sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilmişdir.

2019-cu ilin noyabrından Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin hərbi-texniki əməkdaşlıq üzrə müşaviri vəzifəsində çalışmışdır. 7 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilmişdir.

Hərbi rütbələri Leytenant — 26 iyun 1981 Baş leytenant — 12 sentyabr 1983 Kapitan-leytenant (kapitan) — 23 avqust 1986 Üçüncü dərəcəli kapitan (mayor) — 17 iyul 1989 İkinci dərəcəli kapitan (polkovnik-leytenant) — 13 fevral 1992 Birinci dərəcəli kapitan (polkovnik) — 26 fevral 1996 General-mayor — 25 iyun 2013

Təltifləri SSRİ "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı — 11 yanvar 1988 "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı — 28 yanvar 1988 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı — 29 dekabr 1991

Azərbaycan "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı — 26 iyun 2003 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı — 26 iyun 2003 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı — 22 iyun 2004 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı — 25 iyun 2007 "Hərbi xidmətlərə görə" medalı — 25 iyun 2008 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı — 26 iyun 2008 "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı — 23 iyun 2012 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı — 24 iyun 2013 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı — 24 iyun 2014 "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı — 14 dekabr 2017 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı — 26 iyun 2018 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 26 iyun 2018 "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — 2 fevral 2022 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar