Forsaj 5 və ya Forsaj 5: Rio soyğunu () — Kris Morqan tərəfin ssenariləşdirilmiş, rejissor Castin Lin tərəfindən çəkilmiş döyüş janrlı ABŞ film.

Filmdə Pol Volker və Vin Dizel rol almış, ilk dəfə 20 aprel 2011-ci ildə Avstraliyada nümayiş olunmuşdur. ABŞ-də, 29 aprel 2011-ci ildə nümayiş etdirilmişdir.

Film Brayn Okanner (Paul Volker), Dominik Toretto (Vin Dizel) və Mia Torettonun (Cordana Brevster) 100 milyon dollar oğurlamaq üçün quldurluq planı qurmaqları ilə başlayır. Bundan dərhal sonra iş adamı Hernan Reyes (Coaquim de Almeida) və DEA agenti Luk Hobbs (Dueyn Conson) onları həbs etmək üçün iş başına keçirlər.

Mövzu Keçmiş polis Brayn Okanner və Domun bacısı Mia Toretto Domu həbsdən qaçıraraq onu azadlığına qovuşdurduqdan sonra, polislərdən də yayınırlar, sərhədi keçirlər və Rio-de-Janeyroda peyda olurlar. Azadlıqlarını geri qaytarmaq üçün son bir daha görməli olan tərəfdaşlar, elit yarışçılardan formalaşdırdıqları seçilmiş komandalarını bir araya gətirməli olurlar. Onlar bilirdilər ki, onların ölməsini istəyən qanunsuz iş adamından yaxa qurtarmağın yeganə yolu onunla qarşılaşmaqdır. Ancaq bu iş adamı onların izinə düşmüş yeganə insan deyildi. Hədəfini heç vaxt qaçırmayan inadkar federal agent Luk Hobbs, Dom və Braynı izləmək üçün təyin edildikdən sonra, o və komandası onları ələ keçirmək üçün geniş əməliyyata başlayır. İndi Hobbs başqaları daha tez tərpənib onları tutmazdan əvvəl, ayını küncə sıxışdırmaq üçün öz adamlarına və instinktlərinə etibar etmək məcburiyyətindədir. Dom, Brayn və Mia komandanı toplayaraq soyğunçuluq üçün işə başlayırlar.

İstinadlar

Kateqoriya:Forsaj Kateqoriya:Florida haqqında filmlər Kateqoriya:Almaniya haqqında filmlər Kateqoriya:Braziliya haqqında filmlər Kateqoriya:2011-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin təqib filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin soyğun filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:İngilis dilində cinayət filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin yol filmləri Kateqoriya:Bəstəkar Brayn Taylerin filmləri Kateqoriya:2009-cu il haqqında filmlər Kateqoriya:Original Film filmləri Kateqoriya:2011-ci il haqqında filmlər Kateqoriya:2011-ci ilin döyüş-triller filmləri Kateqoriya:İspanca filmlər Kateqoriya:İtalyanca filmlər