Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində Hadisənin ifa edəcəyi Düm Tek Tek mahnısı təmsil etmişdir.
Milli seçim
TRT hələ 2008 Avroviziya Mahnı Müsabiqəsindən bir neçə gün sonra Hepsi qrupuna Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün təklif göndərmişdi. Lakin Hepsi qrupu razılıq verməmişdi. Bundan sonra Türkiyənin 2 namizədi var idi: Şəbnəm Fərah və Hadisə. Bu təmsilçilərdən isə Hadisə milli seçimdə 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil etməyə haqq qazandı."Türkiyəni 54-cü Avroviziya mahnı müsabiqəsində Hadisə təmsil edəcək" tarixi:2008.10.25 Türkiyənin 2009 Avroviziya Mahnı Müsabiqəsi mahnısı isə 2008-ci ilin son gecəsi dəqiqləşdi. TRT-nin yeni il şousunu sonunda Hadisə mahnını ifa etdi.
Çıxış
Türkiyə Böyük dördlük və ev sahibi Rusiyadan fərqli olaraq müsabiqədə I yarımfinalda iştirak etdi. Türkiyənin I yarımfinaldakı çıxış nömrəsi isə 9-dur. Finalda çıxış nömrəsi isə 18 oldu.
Həmçinin bax
2009 Avroviziya Mahnı Müsabiqəsi
Xarici keçidlər
Eurovison.tv
İstinadlar
Kateqoriya:Ölkələr 2009 Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Türkiyə Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:2009-cu ildə Türkiyə