() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Birillik, gövdəsi düz, sadə və ya budaqlanan, 25-80 sm hündürlükdə bitkidir. Yarpaqları qarşı-qarşıya və ya növbəli düzülmüş, saplaqlı, aşağı yarpaqlar ikiqat, yuxarı yarpaqlar dərin lələkvari bölünmüş, bölümləri uzunsov-lansetvari, iti, tam və ya dişli, hər təfərdən qısa və sıx tükcüklü, aşağıda bozumtuldur. Səbətləri uzun və nazik sünbülvari çiçəkqrupunda toplanıb. Erkəkcik çiçəkləri sarı, səbətləri yarımşarvari, 3-5 mm enindədir. Sarğı yarpaqcıqları yaşıl rənglidir. Toxumcaları 3 mm uzunluqda, yumurtavari-uzunsov, incə burunludur. Tozcuqları allergiya xüsusiyyətlidir.

Yayılması Böyük Qafqazın qərbi, Abşeronun rayonlarında aran və dağətəyi ərazilərdə yayılmışdır. Əkinlərdə, yol kənarlarında bitir. İnvaziv növdür.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:ABŞ florası