alt=|thumb|250x250px|Şəkərbura Şəkərbura — Azərbaycanda Novruz bayramının simvollarından sayılan şirniyyat növü. Azərbaycanda çox sevilən şirniyyat növüdür. Onun içi ləpə və şəkər tozundan ibarətdir. Onun qıraqlarını bağlamaq üçün burma formasından istifadə olunur. Onun üzərinə nəqqaş vasitəsilə ziq-zaq forma verilir.

Hazırlama Şəkərbura— un, yağ, yumurta sarısı, xama, duz, vanil tozu, quru maya, şəkər və süddən hazırlanan xəmirin içinə fındıq, badam və ya qoz ləpəsinin (sürtgəcdən keçirilib xırdalanmış halda) şəkərlə qarışığı qoyulub, bükülməsi ilə əmələ gəlir. Həmin içliyə ədviyyat kimi hil qatılır.

Mənbə şəkərbura

Xarici keçidlər Şəkərburanın hazırlanması — Novruz dadı

Həmçinin bax Maqqaş

Həmçinin bax

Kateqoriya:Azərbaycan şirniyyatları Kateqoriya:Peçenyelər