Ruvenzori dağları Milli Parkı — Uqandada, Ruvenzori dağlarında yerləşən bir milli park və UNESCO-nun Ümumdünya irsidir. Təxminən 1000 km² (386 mi²) ölçüdə olan parkda Afrikanın üçüncü ən yüksək dağı, habelə bir çox şəlalə, göl və buzlaqlar vardır.
Parkda Albertin rift sisteminə xas olan bir çox növ və nəsli kəsilməkdə olan növlər var. Bitki və ağacların çeşidi yüksəkdir. Park dünyanın ən gözəl bitkilərindən sayılan bitki örtüyü ilə diqqəti cəlb edir. Parkda hündürlüyün dəyişməsinə görə dəyişən beş fərqli bitki zonası var. Parkda 89 növ quş, 15 növ kəpənək və dörd növ primat var. Parkın canlı həyatı boyuna görə dəyişir və parkda yaşayan növlərə Afrika meşə fili, şimpanze, damanlar, qara və ağ kolobus, LHoest meymunları, dukerlər və Ruvenzori turakokimilər daxildir.
İstinadlar
Həmçinin bax La Santisima Trinidad de Parana Talampaya Milli Parkı Oqasavara adaları Okinoşima adası Darien Milli Parkı Kasubi türbələri
Kateqoriya:Uqandadakı ümumdünya irsi Kateqoriya:1991-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kateqoriya BTMİ II