Məhəmməd Mehdi əl-Cəvahiri (1899, Nəcəf – 27 iyul 1997) — İraq Ədəbiyyatçılar Birliyinin ilk rəhbəri və Jurnalistlərin Həmkarlar İttifaqının ilk sədri.
Həyatı Məhəmməd Mehdi Əl Cəvahiri Nəcəf şəhərində 1899-cu ildə anadan olub. Oxuma və yazmağı Nəcəf kitabxanasında öyrənmiş və Krallıqda təşrifat nümayəndəsi təyin edilmişdir. Daha sonra orta məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Krallıqdakı rəsmi işindən qəzet çap etməyə başlayandan sonra istefa etmişdir. 1997-ci il 27 iyulda vəfat edib.
Fəaliyyəti 1930-cu ildə "Fərat", 1939-cu ildə "İnqilab", 1939-cu ildə "Ray Əl Am", Səbat", "Cihad" adlı qəzetləri nəşr etdirirdi. Eyni zamanda "Səbat", "Cihad" kimi nəşrlərin təsisçisi idi. İlk şeiri 1921-ci ildə çap olunmuşdur. İlk "Fərat" qəzetini çap etdirmişdi. 20 sayı işıq üzü gördükdən sonra qəzet ləğv edildi. Təhsil sahəsində işləmək üçün 1927-ci ildə Nəcəfdən Bağdada köçmüşdür. 1935-ci ildə "Divan Əl Cəvahiri" adlı ikinci divanını yazmışdır. 1947-ci ildə Kərbəladan millət vəkili seçilmiş, daha sonra İraq Ədəbiyyatçılar Birliyinin ilk rəhbəri və Jurnalistlərin Həmkarlar İttifaqının ilk sədri olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İraq şairləri Kateqoriya:Ərəb dilində yazan şairlər Kateqoriya:İraqlı şiə müsəlmanları