Tsay İnven (; ; ) — Tayvan siyasətçisi, 20 may 2016-cı ildən Çin Respublikasının Prezidenti.
Həyatı 1978-ci ildə Tayvan Milli Universitetinin Hüquq Kollecini bitirib. 1980-ci ildə Kornell Universitetinin Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1984-cü ildə London İqtisadiyyat Məktəbində hüquq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.
Londondan qayıtdıqdan sonra Taybey universitetlərində hüquq fənnini tədris etmişdir. 1990-cı illərdə Tayvanın ÜTT-na daxil olması ilə bağlı danışıqlarda tərəf oldu. Prezident Li Denhuenin dövründə (1996–2000) Tayvan Milli Təhlükəsizlik Şurasında təhlükəsizlik müşaviri olmuşdur. 2000-ci ilin mayından 2004-cü ilin mayınadək Çin Xalq Respublikası ilə əlaqələr üzrə hökumət naziri olub. 2004-cü ildə Demokratik Proqressiv Partiyaya (DDP) üzv olub.
2004-cü ilin dekabrından 2006-cı ilin yanvarına qədər — Qanunverici Yuan üzvü olub. 2006-cı ilin yanvar ayında Çin Respublikası Baş nazirinin müavini təyin edildi, 2007-ci ilin mayında bütün kabinet ilə birlikdə Baş nazir Su Çjuençan istefa verdi. 20 may 2008-ci ildə DPP sədri seçildi. 2012-ci il prezident seçkilərində DPP-yə namizəd oldu. 2012-ci ildə 45,6% səs alaraq prezident seçkilərində uduzdu və partiya lideri olaraq istefa verdi. 2014-cü ilin may ayında yenidən partiya sədri seçildi.
İstinadlar
Kateqoriya:Tayvan şəxsləri Kateqoriya:Qadın prezidentlər Kateqoriya:XXI əsr siyasətçiləri