Yari Litmanen () ― Finlandiya keçmiş futbolçusu. Ayaks, Barselona, Liverpul kimi komandaların formasını geymişdir. 2005 ildə son 50 ilin ən yaxşı Finlandiyalı fubolçusu seçilib.
İlk dövrlər İlk dəfə futbola Reypas klubunuda başlayan Yari 1992-ci ildə Ayaksın məşqçisi tərəfindən kəşf edilir və Ayaksın cavanlar klubuna daxil olur. Kiçik yaşlarından futbola olan marağı onu futbolunu daha da profesyonallaşdırmağa meyil etdirir. Bir mövsüm Ayaksın cavanlar klubunda oynadıqdan sonra 1993-cü ildə məşqçi Luiz Fan Qaal Litmaneni əsas heyətə daxil edirdi.
Ayaks 1994-cü ildə Ayaksın əsas heyətinə daxil olan Litmanen ilk maçtlardan öz oyununu Fan Qaala bəyəndirə bilir və nəticədə Litmanen Ayaksın "10" nömrəli formasına və 11 nəfərlik əsas heyətin dəyişilməz adamlarından birisi olur. 1994-95 mövsümündə Ayaks, çempionlar liqası, Hollandiya çempionatı və Hollandiya kubokunda mübarizə aparırdı. Heyətində Patrik Kluvert, Klaren Sidorf, Mark Overmars, Edvin Van Der Saar kimi futbolçular olan Ayaks, 1994-95 mövsümünü; Çempionlar Liqası, Hollandiya çempionatı və kuboku, Avropa super kuboku, UEFA Qitələrarası kubokları ilə başa vurur. Litmanen isə ümumiliklə 42 oyunda 27 top vuraraq komandasının bu möhtəşən kubok seriyasını qazanmasında böyük rol oynayırdı. Bir sonrakı il çempionlar liqasında 9 qol vuraraq bombardir olur. Bu Finlandiya futbol tarixi üçün də bir ilk idi. Yari Litmanen çempionlar liqasını, və çempionlar liqasında bombardir olmuş ilk finlandiyalı futbolçudur.
Ayaksdan ayrılması 1999-cü ilə çatılmışdı artıq, Litmanen geridə qalan 7 mövsümdə Ayaksa 4 liqa, 3 kubok, 1 çempionlar liqası və daha neçələrlə kubok qazandırmışdı. Ancaq artıq ayrılıq zamanı idi. Luiz Fan Qaal, Barselonanın məşqçisi olmuşdu. Litmanen də onu kəşf edən məşqçi ilə 1999-cu ildə Barselonaya ödənişsiz transfer oldu. Ancaq Barselonada istədiyi futbolu oynaya bilmədi. Tez-tez zədələnir oyunlardan və məşqlərdən çox geri qalırdı. Bunun nəticəsi kimi 2001-ci ildə Litmanen, Liverpula transfer oldu. Liverpulda yaxşı oyun oynayan Litmanen sezonu yene kubokla bitirməyi başardı. Liverpul 2001-ci ilin UEFA Kubokuna sahib oldu.
Ayaksa qayıdış Litmanen 2002-ci ildə yenidən Ayaksa geri dönür, Ayaksa tərəfdarları onu böyük sevgi ilə qarşılayırlar. Litmanen 2004-cü ilə qədər Ayaksda qalır. Litmanenin 2-ci Ayaks macərasında ağıllarda Romaya attığı qol qaldı.
Yenidən Lahtidə 2004-cü ildə Litmanen ilk futbola başladığı kluba – Lahtiyə qayıdır. Bir il bu komandada qaldı.
Almaniya səfəri Lahtidəki futbolu alman klubu Hanza Rostokun diqqətini cəlb edir və 2005-ci ilin qış dövründə Litmanen Hanza Rostok ilə bir il yarımlıq müqavilə imzalayır. Ancaq çempionatın sonunda Hanza Rostok ikinci diviziyada mübarizə aparmaq məcburiyyətində qalır. Litmanen isə Hanzadan ayrılır.
Litmanen İsveçdə Litmanenin budəfəki səfəri isə İsveçə olur. Birici diviziya klublarından Malmö ilə iki illik müqavilə imzalayır. Litmanen burada yaxşı futbol nümayiş etdirir.
Fulhem macərası 2007-ci ildə Litmanen Malmödən ayrılır. Bir il klubsuz qaldıqdan sonra keçmiş Finlandiya məşqçisi Roy Hocson, onu Fulhemə dəvət edir. Litmanen Fulhem forması ilə şəkil də çəkdirir. Ancaq son anda Fulhem rəhbərliyə onunla futbolçu kimi yox, məşqçi kimi müqavilə bağlamaq niyətlərinin olduğunu açıqlayır. Litmanen isə bir neçə il daha futbol oynamaq istədiyi deyir. Və Fulhemin təklifini qəbul etmir.
3-cü dəfə Lahtidə Fulhem ilə razılaşa bilməyən Litmanen, köhnə klubu Lahti ilə üçüncü dəfə müqavilə imzalayır. Litmanen 2010-cu ilə qədər bu klubda qalır. Əlindən gələni etsə də, klubu 2-ci diviyaya düşməsinə maneə ola bilmir. Üçüncü Lahti səfərindən ağıllarda qalan ən əsas qol isə Litmanenin başı üzərindən vuruduğu qol oldu.
40 yaşında HJK-da Litmanen 2011-ci ilin aprel ayında 1991-ci ildə oynadığı HJK Helsinki klubu ilə 1 illik müqavilə imzalayır. Litmanen 2011 Finlandiya 1. Liqa mövsümündən sonra başqa heç bir peşəkar futbol matçına çıxmamış və 2015-ci ildə yayımlanan bioqrafik kitabında karyerasını bitirdiyini elan etmişdir.
Kuboklar Finlandiya Kuboku – 1992 Hollandiya Ligası (Everdivizie) Çempionu – 1994, 1995, 1996, 1998, 2004 Hollandiya Kuboku – 1993, 1998, 1999 Hollandiya Super Kuboku – 1993, 1994, 1995 İngiltərə Super Kuboku – 2001 İngiltərə Federasiya Kuboku (FA Cup) – 2001 Vortington Kuboku – 2001 Çempionlar Liqası – 1995 UEFA Kuboku – 2001 Avropa Super Kuboku – 1995, 2001 Qitələrarası Kubok – 1995
Şəxsi nailiyyətlər Finlandiyada İlin futbolçusu – 1990, 1992, 1993, 1994, 1995, 1996, 1997, 1998, 2000 Finlandiya Çempionatıinda İlin futbolçusu – 1990 Finlandiyada İlin idmançısı – 1995 Hollandiyada İlin futbolçusu – 1993 Dünyanın ən yaxşı futbolçusu sıralamasında 8-ci – 1994 Dünyanın ən yaxşı futbolçusu sıralamasında 3-cü (1-ci Veah) – 1995 Hollandiya çempionatının bombardiri – 1993-1994 Çempionlar Liqası bombardiri – 1995 Finlandiya millisinin ən çox forma geyən futbolçusu Finlandiya millisinin ən çox qol vuran futbolçusu
Xarici keçidlər Big article, photos and interview with Jari Litmanen (Russian) Yari Litmanenin Səhifəsi Yari Litmanen Video Yari Litmanen Eurosport Profil Yari Litmanen Yari Litmanen Fulhamda Yari Litmanen SkySports Liverpul Yari Litmanen Profil Yari Litmanen Gollar Video Yari Litmanen Hollandca Səhifəsi Jari Forever Yari Litmanen Ayaks Amsterdam Kopnet.co.uk Yari Litmanen Personel letter from jari Yari Litmanen FF Malmö profil Yari Litmanen ingiliscə intervi Yari Litmanen ajax-usa.com Yari Litmanen karyera statistikası Yari Litmanen Malmö Barselona Liverpul Ayaks golları Yari Litmanen Liverpul Səhifəsi Speedy Lock ensiklopediyası
Kateqoriya:Finlandiya futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:UEFA Yubiley Mükafatı sahibləri Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Fulhem FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Liverpul FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:FİFA Yüzlük Klubu Kateqoriya:Ayaks AFK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının bombardirləri Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular