Vinnitsa qırğını () — 1937-1938-ci illərdə Böyük təmizləmə və ya Yejovşçina dövründə Sovet gizli polisi NKVD tərəfindən Ukraynanın Vinnitsa şəhərində 9000 ilə 11.000 nəfər arasında insanın kütləvi şəkildə edam edilməsi. Vinnitsadakı kütləvi məzarlar 1943-cü ildə Almaniyanın Ukraynanı işğalı zamanı aşkar edilmişdir.Valery Vasiliev, Yuriy Shapoval, "Stages of «Great Terror»: The Vinnytsia Tragedy", Zerkalo Nedeli, № 31 (406), August 17–23, 2002, (in Russian , in Ukrainian ) İlk dəfə beynəlxalq Katın Komissiyaı tərəfindən hadisə ilə bağlı aparılan araşdırma Katında Polşa hərbi əsirlərinin oxşar kütləvi qətl yerinin tapılması ilə üst-üstə düşdü. Almanlar Sovet İttifaqını nüfuzdan salmaq üçün kommunist terrorunun bu sübutundan istifadə etdikləri üçün Ukraynadakı NKVD tərəfindən törədilən çoxu qırğın arsında daha yaxşı araşdırılan yerlərdən birinə çevrildi.

Tarix Qırğın left|200px|thumb|Qəbirdən çıxarılan cəsədlər arasından öz qohumlarını axtaran vinnitsalılar Vinnitsada dəfn edilən qurbanların əksəriyyəti .22 kalibrli güllənin boynunun arxasına atılan atəş nəticəsində öldürülmüşdü.; fragment in question originally published in: Güllə kiçik kalibrli olduğuna görə qurbanların əksəriyyəti iki dəfə, ən azı 78 nəfəri üç dəfə vurulmüşdu; Orada tapılan qurbanların 395-də silah zədələrinin izlərinə əlavə olaraq kəllə sümükləri də qırılmışdı. Qazıntılar nəticəsində kişilərin demək olar ki, hamısının əlləri bağlı şəkildə öldürüldüyü aşkarlanmışdı. Yaşlı qadınlar bir növ paltar geyinmişdilər, gənc qurbanlar isə çılpaq şəkildə basdırılmışdı.

Edamlar gizli həyata keçirilirdi; ailələrə qohumlarının taleyi barədə məlumat verilmirdi. Şəxsi əşyalar, sənədlər və məhkəmə sənədləri saxlanılmamış və əvəzinə kütləvi məzarlığa uzaq olmayan ayrı bir çuxura basdırılmışdı.

Daha sonrakı araşdırmalardan sonra almanlar qırğın üçün Sovetlərin cavabdeh olduğunu təyin etdilər.

Araşdırma komissiyası right|250px|thumb|Vinnitsadakı kütləvi qətilləri araşdıran beynəlxalq komissiya, 1943 Məzarlıqdan çıxarılan meyitlərin ilk müayinələri alman, ukraynalı və rus həkimlər tərəfindən aparıldı, məsələn Halle-Vittenberq Universitetinin professoru Qerhard Şrader, Vinnitsanın dosenti Doroşenko və Krasnodarın professoru Malinin. Qazıntılara 1943-cü ilin may ayında üç fərqli yerdə başlandı: qərbdəki meyvə bağı, mərkəzi qəbiristanlıq və Xalq parkı. Cəsədlərin çoxu meyvə bağında (5.444 cəsəd) tapıldı. Ümumilikdə, üç fərqli yerdə 91 kütləvi məzar aşkar edildi və 9.432 cəsəd eksqumasiya edildi; Onlardan 149 nəfəri qadın idi. Xalq Parkındakı qazıntılar tamamlanmadı, baxmayaraq ki, daha çox cəsədin orada dəfn olunacağı düşünülürdü.Amtliches Material zum Massenmord von Winniza, p.83–86, 117. Archiv-Edition 1999 (Faksimile der 1944 erschienenen Ausgabe).

Professor Şrader komandasının apardığı ilkin araşdırmadan sonra tibbi müayinədən ibarət iki komanda - biri beynəlxalq, digəri Nazi Almaniyasının müxtəlif universitetlərindən olan 13 mütəxəssisdən ibarət heyətə dəvət edildi. Anatomiya və məhkəmə patologiyası üzrə beynəlxalq mütəxəssislər komissiyası Avropanın 11 ölkəsindən dəvət olunmuşdur. Mütəxəssislər aşağıdakılardı:Amtliches Material zum Massenmord von Winniza, p.103. Archiv-Edition 1999 (Faksimile der 1944 erschienenen Ausgabe).

Dr. Soynen, Gent Universiteti, Belçika. Dr. Mixaylov, Sofiya Universiteti, Bolqarıstan. Dr. Niilo Pesonen, Helsinki Universiteti, Finlandiya. Dr. Duvö, Paris Universiteti, Fransa. Dr. Kazzaniqa, Milan Universiteti, İtaliya. Dr. Lyudevit Jurak, Zaqreb Universiteti, Xorvatiya. Dr. ter Poorten, Amsterdam Universiteti, Hollandiya Dr. Birkıl, Buxarest, Rumıniya. Dr. Qyosta Haqvist, Karolinska İnstitutu, Stokholm, İsveç. Dr. Krsek, Komenski Universiteti, Slovakiya. Dr. Ferenk Orsos, Eötvöş Lorand Universiteti, Macarıstan.

right|250px|thumb|Qurbanlar üçün kütləvi məzarlar Beynəlxalq komissiya 13 iyul və 15 iyul 1943-cü il tarixləri arasında kütləvi məzarları ziyarət etdi. Alman komissiyası hesabatını 29 iyul 1943-cü ildə tamamladı. Hər iki komissiya 1937–1938-ci il arasındakı qurbanların demək olar ki, hamısının başının arxasından iki zərbə ilə öldürüldüyünü müəyyən etdi.About Crime in Vinnytsia Ukrainian society of the repressed. Peter Pavlovych

468 cəsəd Vinnita və ətrafda yaşayan insanlar tərəfindən müəyyən edildi; digər 202 nəfəri qəbirlərdə tapılan sənədlər və sübutlar əsasında müəyyənləşdirilib. Ölənlərin əksəriyyəti ukraynalılar idi, ancaq 28 etnik polyak da var idi.Amtliches Material zum Massenmord von Winniza, p.124, 215–248. Archiv-Edition 1999 (Faksimile der 1944 erschienenen Ausgabe).

Sonrakı tarixi Beynəlxalq ekspert komissiyasından başqa, 1943-cü ilin ortalarında bir neçə beynəlxalq nümayəndə heyəti ərazilərə baş çəkdi. Onların arasında Bolqarıstan, Danimarka, Yunanıstan, Finlandiya və İsveçdən olan siyasətçilər və digər rəsmi şəxslər var idi.Amtliches Material zum Massenmord von Winniza, p.6, 206–207. Archiv-Edition 1999 (Faksimile der 1944 erschienenen Ausgabe). Fotolar və araşdırmanın nəticələri Avropanın bir çox ölkələrində yayımlandı və Almaniya tərəfindən Sovet İttifaqına qarşı təbliğat müharibəsində istifadə edildi.

Cəsədlərin çoxu Odessanın paytaxtında, Vissarionun rəhbərlik etdiyi dəfn mərasimindən sonra dəfn edildi. Mərasimə başqa bir çox pravoslav yepiskopu və xarici kilsə rəsmiləri də qatıldı.Amtliches Material zum Massenmord von Winniza, p.124, 208–209. Archiv-Edition 1999 (Faksimile der 1944 erschienenen Ausgabe).

"Stalinist Terror Qurbanları"na abidə ucaldıldı. Sonralar sovet hakimiyyəti bu abidəni "Nasist terrorunun qurbanları" abidəsi kimi yenidən işlədi, nəhayət tamamilə bunu ərazidən çıxartdı və yerində əyləncə parkı yaratdı. Son on ildə parkdakı dəfn yerində yeni bir abidə inşa edildi; bu, yalnız "totalitarizmin qurbanlarına" aid idi. Sovet dövründə qırğın barədə məlumat Qərbdəki Ukrayna diasporu tərəfindən yayılmış və araşdırılmışdır. Vinnitsadakı kütləvi qətl 1988-ci ildə Ukraynada kritik bir mövzu olaraq geri döndü.

Həmçinin bax Katın qırğını Novoçerkassk qətliamı Quba kütləvi məzarlığı

Qeydlər

İstinadlar

Ədəbiyyat

Ihor Kamenetsky. The Tragedy of Vinnytsia: Materials on Stalin's Policy of Extermination in Ukraine/1936-1938, Ukrainian Historical Assn (1991) (available on line in pdf. format) Sandul, I. I., A. P. Stepovy, S. O. Pidhainy. The Black Deeds Of The Kremlin: A White Book. Ukrainian Association of Victims of Russian Communist Terror. Toronto. 1953 Israel Charny, William S. Parsons, and Samuel Totten. Century of Genocide: Critical Essays and Eyewitness Accounts. Routledge. New York, London. Dragan, Anthony. Vinnytsia: A Forgotten Holocaust. Jersey City, NJ: Svoboda Press, Ukrainian National Association 1986, octavo, 52 pp. (available on line in pdf. format) Crime of Moscow in Vynnytsia. Ukrainian Publication of the Ukrainian American Youth Association, Inc. New York. 1951 Вінниця - Злочин Без Кари. Воскресіння. Київ. 1994 Вінницький злочин // Енциклопедія українознавства.: [В 10 т.]. - Перевид. в Україні. - Київ., 1993. - Т.1. - С.282

Kateqoriya:Kütləvi məzarlıqlar Kateqoriya:1937-ci ildə SSRİ Kateqoriya:SSRİ-də repressiya Kateqoriya:SSRİ-də qətliamlar Kateqoriya:NKVD Kateqoriya:1937-ci ildə Ukrayna Kateqoriya:Ukrayna