() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Qısa morfoloji təsviri Çoxillik bitkidir. Soğanağı 1–2 sm diametrdə, uzunsov-yumurtavari, tünd-qonur və ya qara-qonur qınla örtülmüşdür. Gövdəsi düz, silindrik, çılpaq, 15–30 sm hündürlükdədir. Yarpaqları çılpaq, xətvari, aşağıdakılar daha çox enli, enli-xətvari və ya uzunsovlansetvaridir. Çiçəkləri tək, 2,5–3,5 sm uzunluqdadır. Çiçəkyanlığının yarpaqcıqları sarı, iti, az və ya çox sivri, lansetvari, xarici tərəfdə bənövşəyi ləkəli, daxildə uzunsovyumurtavari, əsası kirpikciklidir. Erkəkciklər çiçəkyanlığından nisbətən qısadır; tozcuğu 2–3 dəfə erkəkcik sapından qısadır. Qutucuq 1,5–2,5 sm uzunluqdadır.
Yayılması BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Otlaqlarda, əkinlərdə, quru-otlu yamaclarda və kolluqlarda bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.
Bioloji,ekoloji, fitosenoloji xüsusiyyətləri Düzənlikdən orta dağ qurşağına qədər ərazilərdə, bozqırlarda, otlaqlarda, əkinlərdə, quru-otlu yamaclarda və kolluqlarda. Çiçəkləməsi aprel, meyvələməsi iyun ayına təsadüf edir. Çoxalması soğanaqla və toxumladır. Geofitdir, bəzək bitkisidir.
Yayılması Samur-Dəvəçi və Xəzər sahili ovalıq, Böyük Qafqazın Quba hissəsi, Qobustan, Kür düzü.
Sayı və tendensiyası Populyasiyalarına az rast gəlinir. Mənfi antropogen amillər azalma təhlükəsini yaradır.
Məhdudlaşdırıcı amillər Əhali tərəfindən intensiv toplanılması, tikintilər, otarılma və mal-qara tərəfindən tapdalanma.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülmür.Yasaqlıqların yaradılması vacibdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avrasiya florası Kateqoriya:Qazaxıstan florası