Böyük mart deportasiyası () və ya Priboy əməliyyatı () - Sovetlərin Baltikyanı ölkələrdən 25-28 mart 1949-cu ildə əhalini kütləvi şəkildə deportasiya etməsi idi. Baltikyanı ölkələrin tarixçiləri hadisəni Mart deportasiyası olaraq da adlandırırlar. Xalqın düşməni kimi göstərilən 90 mindən çox eston, latış və litvalı Sovet İttifaqının məskunlaşmayan ərazilərində məcburi köçkün vəziyyətinə gətirildi. Deportasiya olunanların 70%-dən çoxu qadınlar və 16 yaşınadək uşaqlar idi.

"Qolçomaqlıqdan salınma" kampaniyası olaraq göstərilən əməliyyat kollektivləşməni asanlaşdırmaq və Meşə Qardaşlarının Sovet işğalına qarşı silahlı müqavimətini dəstəkləyən bazanı ləğv etmək məqsədi daşıyırdı. Deportasiya öz hədəflərini gərçəkləşdirə bildi: 1949-cu ilin sonlarında Latviya və Estoniyada təsərrüfatların 93% və 80%-i kollektivləşdirildi. Litvada tərəqqi daha yavaş getdi və Sovetlər 1951-ci ilin sonlarında "Payız əməliyyatı" adı verilən daha bir böyük deportasiyanı təşkil etdilər. Sürgünlərdən geri qayıtmaq məsələsi yox idi, hamısı "əbədilik" idi. Destalinizasiya və Xruşşov mülayimləşməsi dövründə sürgün olunanlar tədricən sərbəst buraxıldı və bəziləri geri qayıtmağı bacardı. Onların nəsillərinin çoxu hələ də Sibir şəhər və kəndlərində yaşayırlar.

Sovet İttifaqında ümumi vəziyyət müharibənin sonundan bəri yaxşılaşdığından, kütləvi deportasiya əvvəlki deportasiyalardakı qədər itki ilə nəticələnmədi və bildirilən ölüm nisbəti 15 faizdən az oldu. Sibir sürgününün ilk bir neçə ilində deportasiya olunanların yüksək ölüm səbəbi ilə Sovet hakimiyyətinin təyin olunmuş ərazidə uyğun yaşayış şəraiti təmin edə bilməməsi səbəbindən, ehtiyatsızlıq və ya qabaqcadan düşünmə yolu ilə bəzi mənbələr bu deportasiyaları soyqırımı aktı hesab edirlər. Martens Clauza və Nürnberq nizamnaməsinin prinsiplərinə əsaslanaraq, Avropa İnsan Hüquqları Məhkəməsi mart deportasiyasının bəşəriyyətə qarşı cinayət olduğunu bildirdi.

Qərar Baltikyanı ölkələrdə kollektivləşmə 1947-ci ilin əvvəllərində tətbiq olundu, lakin tərəqqi yavaş idi. Fermerlər üçün yeni ağır vergilərə və intensiv təbliğata baxmayaraq, Litva və Estoniyada təsərrüfatların yalnız 3% -i 1948-ci ilin sonuna qədər kolxozlara qoşuldu. 1930-cu illərin əvvəllərində kollektivləşmə təcrübəsindən borc götürərək, qolçomaqlar əsas maneə adlandırıldı və repressiyaların hədəfinə çevrildi.

Kütləvi deportasiya ideyasının nə zaman ortaya atıldığı tam olaraq bəlli deyil. 18 yanvar 1949-cu ildə üç Baltikyanı respublikanın rəhbərləri İosif Stalinə hesabat verməyə çağrıldı O gün Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun iclasında sürgünlərin həyata keçirilməsinə qərar verildi. Yanvarın 29-da Sovet İttifaqı Nazirlər Şurası tərəfindən Litva, Latviya və Estoniyadakı qolçomaqların, millətçilərin, quldurların (yəni Meşə Qardaşları), onların tərəfdarlarının və ailələrinin deportasiyasını təsdiq edən ən yüksək gizli qərar 390-138 ssBuradakı "ss" rus dilində "çox gizli"(совершенно секретно) sözünün baş hərflərindən əmələ gəlib. qəbul edildi. Qərarda hər bir respublikaya deportasiya kvotaları müəyyən edilmişdir: Litvadan 8,500 ailə və ya 25,500 nəfər, Latviyadan 13,000 ailə və ya 39,000 nəfər, Estoniyadan isə 7500 ailə və ya 22.500 nəfər. Deportasiya ediləcək qolçomaqların siyahısı hər bir respublika tərəfindən tərtib olunmalı və hər bir respublikanın Nazirlər Şurası tərəfindən təsdiqlənməlidir. Bununla yanaşı, hər bir Sovet nazirliyinin vəzifələri sadalanmışdır: Dövlət Təhlükəsizlik Nazirliyi (MGB), məcburi köçkünləri toplamaq və təyin olunmuş dəmiryol stansiyalarına daşımaq üçün məsuliyyət daşıyırdı; Daxili İşlər Nazirliyi (DİN) məcburi yaşayış məntəqələrinə daşınma, təyinat yerində işlə təmin olunma və davamlı nəzarət və idarəetmə üçün məsuliyyət daşıyırdı; Maliyyə Nazirliyi kifayət qədər vəsait ayırmalı idi (səyahət günündə bir adam üçün 5.60 rubl); Rabitə Nazirliyi zəruri dəmiryol maşınlarını təmin etməli idi; Ticarət və Səhiyyə nazirlikləri təyin olunan yerə gedən yolda qida və səhiyyə xidmətləri göstərməli idilər. Hazırlıqlara cəmi iki aylıq vaxt verildiyi üçün müxtəlif agentliklər resurslarını artırmağa başladılar.

Hazırlıqlar 28 fevral 1949-cu ildə MGB naziri Viktor Abakumov kütləvi deportasiyanın hazırlanması və icrası üçün SSRİ MGB 0068 nömrəli əmrini imzaladı. General-leytenant Pyotr Burmak MGB qoşunlarına əmr verdi, MGB nazirinin müavini general-leytenant Sergey Oqoltsov isə deportasiyada ümumi MGB roluna cavabdeh idi. Burmak qərargahını Riqada qurdu. Əməliyyatın müvəffəqiyyəti kütləvi çaxnaşma, qaçma cəhdləri və Meşə Qardaşları tərəfindən qisas alınmasının qarşısını almaq üçün sürgünün anidən baş verməsindən asılı idi. Buna görə gizlilik çox vacib idi.

Deportasiya ediləcəklərin siyahısının tamamlanması Xüsusi MGB nümayəndələri məcburi köçkünləri seçən və hər ailənin üzərində sənəd tərtib edəcək operativ heyət yaratmaq üçün MGB-nin müxtəlif yerli ofislərinə göndərildi. Məlumatlar bir çox müxtəlif mənbələrdən, o cümlədən "millətçilər"lə bağlı respublika MGB sənədləri, "quldurlar" ın yerli MGB sənədləri (Meşə Qardaşları), yerli icra komitəsi sənədləri və "qolçomaqlar"ın vergi sənədləri, mühacirlərdəki sərhəd mühafizə və donanma sənədlərindən toplanmışdır. Alman işğalı zamanı insanların münasibətlərini və ya fəaliyyətlərini araşdırmaq üçün vaxt olmadığından, kommunist fəalların sürgün edildiyi, ancaq nasistlərin əməkdaşlarının edilmədiyi bir çox ziddiyyətli hallar var idi. Bu, hansı qanun pozuntularının deportasiyaya və hansı hərəkətlərin təhlükəsizliyə zəmanət verə biləcəyinə dair geniş çaşqınlıq və qeyri-müəyyənliyə səbəb oldu. Sürgün olunan tez-tez MGB-nin yerli məlumatlandırıcılarını günahlandırırdılar, onlar inanırdılar ki, kiçik qisas və ya acgözlüklə hərəkət edirlər, lakin Estoniya tədqiqatçıları deportasiya siyahılarının minimal yerli girişlə tərtib edildiyini aşkar etdilər.

Qolçomaqların siyahısı yerli icra komitələri tərəfindən hazırlanmalı və Nazirlər Kabineti tərəfindən rəsmi olaraq təsdiqlənməli idi, lakin vəzifə müddəti və gizli olması səbəbindən yerli MGB idarələri öz qolçomaqlarının siyahısını tərtib etdilər. Bu, əməliyyat zamanı çox qarışıqlığa səbəb oldu. Yerli MGB ofisləri hər ailə üçün xülasə sertifikatları hazırlayır və təsdiqlənmək üçün respublika MGB ofisinə göndərirdi. Məsələn, 14 mart tarixinə qədər Estoniya MGB kvotadan yuxarı 1.907 ailənin içində bir ehtiyat yaratdıqları 9407 ailənin (3.824 qolçomaq və 5.833 millətçi və quldur) icmal sertifikatlarını təsdiqlədi. Ümumiyyətlə, vaxt az olduğuna görə deportasiya olunanlar haqqında sənədlər çox vaxt tamamlanmamış və ya yanlış olmuşdur. Buna görə, aprel-iyun aylarında retrospektiv düzəlişlər edildi - deportasiya edilmiş insanlar üçün deportasiya siyahılarında deyil, yeni sənədlər əlavə edildi və deportasiyadan qaçanların sənədləri çıxarıldı.

Əlavə qoşunların yerləşdirilməsi Əlavə Daxili Qoşun Birlikləri Estoniyaya Latviyaya 1-ci Motorlu Piyada Bölüyü (Moskva) 850 2,000 13-cü Motorlu Piyada Bölüyü (Leninqrad), bir alay 700 7-ci Bölük (Minsk), bir alay 1,000   4-cü Bölük (Litva), bir alay   1,000 Zabitlər Korpusunun Təlim Məktəbi (Sortavala, Kareliya) 400   Hərbi Xüsusi Orta Məktəb (Saratov)   1,000 Mühafizə Korpusu serjantları 1,400 500 Ümumi 4,350 4,500

Üç Sovet respublikasını əhatə edən Priboy əməliyyatının geniş miqyası olduğundan xeyli vəsait tələb olunurdu. MGB-nin əməliyyatın gizli saxlanılması müddətində şəxsi heyət, nəqliyyat vasitələri və rabitə vasitələri toplamağa ehtiyacı var idi. MGB, həmçinin əməliyyat qruplarının yerləşəcəyi yerlər və deportasiya olunanların dəmir yolu stansiyalarına necə aparılacağı barədə plan tərtib etməli idi. Estoniyada 635 nəfər olan yerli MGB məmurları yetərli deyildi və Sovet İttifaqının digər bölgələrindən 1119 MGB əməliyyat qrupu yalnız Estoniyaya köçürüldü. Artıq Latviya və Estoniyada yerləşdirilmiş qoşunlardan əlavə, Sovet İttifaqının digər bölgələrindən əməliyyatda iştirak etmək üçün Estoniyaya və Latviyaya əlavə 8,850 əsgər göndərildi. Onlar 10-15 mart tarixləri arasında respublikalara gəldilər. Sonra qədər onlara gerçək tapşırıqları izah edilmədi və gəlişləri hərbi manevr kimi izah edildi.

Əməliyyatçıların kifayət qədər silahlanmasını təmin etmək üçün əlavə 5,025 minaatan avtomatı və 1900 tüfəng gətirildi. Telekommunikasiya əməliyyatın davamlı işləməsini təmin etmək üçün vacib bir komponent idi və buna görə də MGB bu müddət ərzində mülki telefon stansiyalarına əlavə 2,210 MGB rabitə işçisi gətirilməsi əmrini verdi. 4.377 yük dəmir yolu vaqonu çatdırıldı. Cəmi 8.422 yük maşını təşkil edildi. 5,010 mülki yük maşını idarə edildi və qalan nəqliyyat vasitələri hərbi mənşəli, o cümlədən Leninqrad Hərbi Dairəsindən 1202, Belorusiya Hərbi Dairəsindən 210, Daxili Qoşunlardan isə 700 ədəd vaqon idxal edildi. Bu əlavə nəqliyyat vasitələri şübhə doğurmamaq üçün əvvəlcədən Baltikyanı ölkələrin sərhəddinin kənarında yerləşdirilmiş və əməliyyatın başında göndərilmişdir.

MVD tərəfində hazırlıq daha yavaş gedirdi. SSRİ MVD 00225 nömrəli əmri MVD-nin müxtəlif şöbələrinə deportasiyaya hazırlaşmaq və MGB-yə kömək etmək barədə göstərişi yalnız martın 12-də verildi. Altı aydan sonra daxili bir araşdırma komissiyası gecikməni tənqid etdi. MVD-nin xüsusi nümayəndələri yerli rayonlara yalnız 18-22 mart tarixlərində gəldilər.

Tətbiqi Əməliyyatçı qrupların məclisi İştirak edən heyət Sayı Nisbəti (%) SSRİ MGB heyəti 8,215 10.8 SSRİ Daxili Qoşunları 21,206 27.8 Respublika Məhv Batalyonu qoşunları 18,387 24.1 Kommunist Partiya fəalları 28,404 37.1 Cəmi 76,212 100.0

Sovet İttifaqı Nazirlər Şurasının orijinal əmri ilə deportasiya 20-25 mart tarixləri arasında təyin edildi, lakin əməliyyatın başlaması 25 mart səhərinə təxirə salındı. Əməliyyatlar martın 21-dən başlayaraq kənd yerlərinə yerləşdirildi. Bir ailənin deportasiyası üç SSRİ MGB agenti ("troyka"), iki respublika Məhv Batalyonu əsgəri və MGB tərəfindən silahlanmış dörd-beş yerli Kommunist Partiyasının fəallarından ibarət kiçik bir doqquz-on nəfərlik əməliyyat qrupu tərəfindən həyata keçirildi. Əməliyyatçılar Sovet İttifaqının digər yerlərindən yığıldıqları üçün yerli coğrafiya ilə tanış deyildilər və bu da təyin olunmuş ailənin deportasiya edilməsində tez-tez uğursuzluqlara səbəb olurdu. Əməliyyat qrupunun Sovet İttifaqı Kommunist Partiyasının və ya komsomolun ən azı bir üzvünün komandanın ideoloji nəzarətçisi kimi fəaliyyət göstərməsini təmin etmək üçün diqqət göstərildi.

Partorqlar tərəfindən yerli Kommunist Partiyası fəallarının işə götürülməsi son addım idi. Çox qısa bir müddətdə böyük bir qüvvə toplamaq lazım olduğuna görə, partiyanın və ya komsomolun iclaslarını çağırmaq üçün müxtəlif bəhanələrdən istifadə etdilər (yaz əkini və ya kinoya baxma kimi). Fəallar birbaşa bu iclaslardan deportasiyalara aparıldı; əməliyyat üçün seçilməmiş digərləri əməliyyat tamamlanana qədər gizliliyi qorumaq üçün saxlanıldı. Əskərlər qaçqınları qatar stansiyalarına apararkən, fəallar müsadirə edilmiş əmlakın inventarını apararaq ev şəraitində qaldılar. Fəallar kimin qovulduğunu və səbəbini izah etməkdə də vacib idi. Bunlar yerli olduqları üçün tez-tez köçkünlərlə tanış idilər və naməlum əsgərlər deyildi, bu fəallar sosial gərginlik yaradan deportasiyaların üzü və adı oldu.

Ailələrin toplanılması