Talassa, Falassa, Talatta ( Θάλασσα, "dəniz") — qədim yunan mifologiyasınıda personaj, dəniz ilahəsi. Efir və Hemeranın qızı, Pontun həyat yoldaşı Гигин. Мифы. Введение 2 . Telxinlərin və Qaliyanın anası .

Heykəli Korinfdə yerləşir, gənc Afroditanı əlində saxlamış vəziyyətdədir. Павсаний. Описание Эллады II 1, 7 .

Talassa eyni zamanda Tefiinin epitetidir ; XXII Orfik himni ona həsr edilmişdir.

Maraqlı faktlar A. Klarkın "Uzaq diyarın nəğmələri" povesti (1956) və romanı (1986)ndakı hadisələrin baş verdiyi okean-planet Talassa adlanır. Fransada Talassa adında (1975 — bu günə qədər) ətraf mühit, idman, insan və tarixi baxımdan dəniz və əlaqəli süjetlər mövzusundakı məşhur həftəlik televeriliş yayımlanır. Neptunun peyki Talassanın şərəfinə(1991) adlandırılmışdır. Springer tərəfindən nəşr olunan beynəlxalq elmi Thalassas jurnalı Talassaya həsr edilmişdir.

Qeydlər

Kateqoriya:Qədim yunan ilahələri