TRT 1 (tam adı: Türkiyə Radio və Televiziyası 1-ci kanalı, ) — 31 yanvar 1968-ci ildə qurulan Türkiyənin ilk milli televiziya kanalıdır.

Tarixçə Türkiyə Radio Televiziya Qurumu (TRT) 1961-ci il Konstitusiyasının 121-ci maddəsinə əsasən çıxan 24.12.1963 tarixli və 359 saylı qanunla Türkiyə Respublikasının mülkü olaraq 1 may 1964-cü il tarixində qurulmuşdur. Həmin qanuna əsasən radio-televiziya ilə bağlı bütün hüquqlar TRT-yə məxsusdur. Görülən işlər nəticəsində ilk test yayımını 31 yanvar 1968-ci il tarixində axşam saatlarında Ankaradan həyata keçirmişdir. Daha sonra 1970-ci ildə İzmir, 1971-ci ildə isə İstanbul studiyaları istifadəyə verilmişdir. İlk qardaş kanalı "TV 2" açılana kimi (daha sonrakı adları "TRT 2" və "TRT Haber" olmuşdur) "TRT 1" sadəcə "TRT" adlanırdı. Adında proqramın, ya da xəbərin hazırlandığı vilayətin adı da olmuşdu. 6 oktyabr 1986-cı ildə "TV 2"nin yayıma başlamasına görə adı "TV 1" olmuşdu. İnkişaf edən yayım texnologiyası ilə birlikdə 1982-ci ildə qismən, 1984-cü ildə isə tam rəngli yayıma keçmişdir. 1982-ci ildə "Eurovision" bağlantı mərkəzi istifadəyə verilmişdir. "TV 1" olan adı 1993-cü ildə "TRT 1" olaraq dəyişdirilmişdir. Loqosu 2001 və 2009-cu illərdə böyük miqyasda dəyişən TRT 1 sonuncu dəfə 19 may 2012-ci il tarixində loqosunu, introlarını və görüntü ölçüsünü dəyişərək 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir. Həmin gündə "HD" keyfiyyətində yayımlanan "TRT 1 HD" kanalı açılmışdı.

Loqoları

Xəbər aparıcıları Zafer Cilasun, Jülide Gülizar və İdil Öztamer (1968–1976) Alev Sezer, Jülide Gülizar, İdil Öztamer və Mesut Mertcan (1976–1980) Mesut Mertcan, Jülide Gülizar və İdil Öztamer (1980–1982) Mesut Mertcan və İdil Öztamer (1982–1985) Gülgün Feyman, Mesut Mertcan və İdil Öztamer (1986) Gülgün Feyman, Mesut Mertcan, İdil Öztamer və Orhan Ertanhan (1986–1989) Gülgün Feyman və Orhan Ertanhan (1989–1990) Orhan Ertanhan (1990–1993) Reha Muhtar (1993) Nermin Tuğuşlu (1993–1994) Reha Muhtar (1994–1995) Mehmet Alkaş (1995–2006) Fulin Arıkan (2006–2009) Anda Ayva Özmen (2010–2011) Seval Çöpür (2011-günümüz)

Günümüzdə yayımladığı seriallar

Tezliklə: Yörük Kızı 2026-: Evlilik Güzeldir (Bazar Ertəsi 21:00) 2024-: Mehmed: Fetihler Sultanı (Çərşənbə Axşamı 21:00) 2025-: Taşacak Bu Deniz (Cümə 21:00) 2020-: Gönül Dağı (Şənbə 21:00) 2023-: Kod Adı: Kırlangıç (17:15) 2021-: Teşkilat (Bazar 21:00)

Qardaş kanallar TRT 1 HD TRT 3 TRT Kurdî TRT Avaz TRT Belgesel TRT Çocuk TRT Diyanet TRT Arabi TRT Haber TRT HD TRT Müzik TRT Okul TRT Spor TRT Türk

Keçidlər TRT 1 | Web səhifəsi TRT 1 | Facebook səhifəsi TRT 1 | Twitter səhifəsi TRT 1 | Google Plus səhifəsi TRT 1 | YouTube kanalı TRT 1 | Canlı izlə

Kateqoriya:TRT Kateqoriya:Türk dilində televiziya kanalları