Sovet İttifaqında siyasi repressiyalar — Sovet İttifaqı tarixi boyu milyonlarla insan Oktyabr inqilabından bəri dövlətin aləti olan repressiyalardan əziyyət çəkmişdir. Stalinin hakimiyyəti dövründə repressiyalar kulminasiya nöqtəsinə çatdı, sonradan bir müddətlik dayandırılsa da Xruşşovun yumuşalma dövründa mövcud olmağa davam etdi. Brejnevin durğunluq dövrlərində Sovet dissidentlərinə olan təzyiqlərin artması ilə repressiyalar Mixail Qorbaçovun hakimiyyətinə qədər davam etsə də, Qarbaçovun siyasəti olan aşkarlıq və Yenidənqurma dövrlərində dayandırıldı.
Mənşəyi və erkən Sovet dövrü thumb|right|Sankt-Peterburqdakı QULAQ Memorialı, Solovki düşərgəsindən bir daş lövhə — QULAQ sistemindəki ilk həbs düşərgəsi. İnsanlar hər il repressiya qurbanlarının anım günündə buraya toplaşırlar. Erkən, sinfi mübarizəyə Leninist baxış və proletariat diktaturası nəticəsində yaranan anlayış repressiyaların nəzəri əsasını qoydu. Onun hüquqi əsası Rusiya Sovet Federativ Sosialist Respublikası kodeksindəki 58-ci maddəsinə və digər sovet respublikaları üçün oxşar maddələrlə rəsmiləşdirildi.
Bəzən repressiya olunanları Xalq düşməni də adlandırırdılar. Dövlət tərəfindən verilən cəzalar yerində gülləmələr, günahsız insanları QULAQ-a göndərmək, məcburi köçürülmə və vətəndaş hüquqlarından ləğv etmək idi. Müəyyən vaxtlarda bir ailənin bütün üzvləri, o cümlədən uşaqlar da "Vətən xaini olan ailə üzvləri" kimi cəzalandırıldı. Repressiya ÇEKA və onun davamçıları və digər dövlət orqanları tərəfindən həyata keçirilirdi. Artan repressiya dövrlərinə Qırmızı Terror, Kollektivləşmə, Böyük təmizləmə, "Həkimlər işi" və s. daxildir. Gizli polis qüvvələri çoxsaylı hallarda məhbusları kütləvi şəkildə qətlə yetirmişdilər. Repressiyalar Sovet respublikalarında və İkinci Dünya müharibəsi illərində Sovet Ordusu tərəfindən işğal edilmiş ərazilərdə, o cümlədən Baltikyanı ölkələrdə və Şərqi Avropada baş verirdi.
Repressiyaların güclənməsi Tambov üsyanı (1920–1921), Kronstadt üsyanı (1921) və Vorkuta üsyanı (1953) kimi müqavimət hadisələrinə səbəb oldu; Sovet hakimiyyəti həddindən artıq hərbi qüvvə ilə bu müqavimətlərin qarşısını almağı bacardı. Deyilənlərə görə, Tambov üsyanı zamanı Tuxaçevski (bölgədəki baş Qırmızı Ordu komandiri) bolşevik hərbi qüvvələrinə dinc əhali və üsyan edən kəndlilərə qarşı kimyəvi silah istifadə etmək səlahiyyəti verimişdir. (Bəzi şahidlərin dediklərinə görə isə kimyəvi silah heç vaxt istifadə edilməmişdir.) Müqavimətli döyüşçüləri təslim olmasalar, kəndlərin tanınmış şəxslərini çox vaxt ya girov götürərdülər, ya da edam edirdilər.Courtois et al, 1999
Qırmızı Terror Sovet Rusiyasındakı Qırmızı Terror bolşevik hökumətinin həyata keçirdiyi kütləvi həbslər və edamlar kampaniyası idi. Sovet tarixşünaslığında Qırmızı Terrorun 2 sentyabr 1918-ci ildə Yakov Sverdlov tərəfindən rəsmən elan olunduğu və 1918-ci ilin oktyabrında başa çatdığı göstərilir. Buna baxmayaraq Sergey Melqunovdan başlayaraq bir çox tarixçilər bu dövrü bütün Rusiya Vətəndaş Müharibəsi dövrünü (1918–1922) əhatə etdiyini qeyd edirlər. Kütləvi repressiyalar ədalət məhkəmə olmadan gizli polis və ÇEKA tərəfindən bolşevik hərbi kəşfiyyat agentliyi (QRU) ilə birgə həyata keçirilib. Qırmızı Terrorun ilkin mərhələsində edam olunanların ümumi sayının hesablamalara görə ən az 10.000 olduğu güman edilir. 1917-ci il dekabr və 1922-ci ilin fevral ayları arasında isə təqribən 28.000 insan edam edildi. Bu dövrdə ölənlərin ümumi sayı təqribən 100,000 ilə 200.000 arasında dəyişir.
Kollektivləşdirmə 300px|thumb|right|Müasir başlıqda deyilir: "Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının üzvləri qolçomaqların qəbiristanlıqda gizlətdiyi taxılı ələ keçirirlər, Ukrayna, 1930." Kollektivləşmənin pik həddində olduğu bu zamanlarda sistemə qarşı çıxan hər kəs "qolçomaq" elan edilirdi.
Sovet İttifaqında kollektivləşmə 1928–1937-ci illər arasında şəxsi torpaqları və işçi qüvvəsini kolxozlara birləşdirmək üçün yeridilən siyasət idi (rus: колхо́з, kolxoz). Sovet rəhbərləri əmin idilər ki, fərdi kəndli təsərrüfatlarının kolxozla əvəz olunması şəhər əhalisi üçün ərzaq ehtiyatını, emal sənayesi üçün xammal təminatını və ümumiyyətlə kənd təsərrüfatı ixracını artıracaqdır. Beləliklə kollektivləşdirmə 1927-ci ildən bəri mövcud olan kənd təsərüffatının paylanması probleminin həlli kimi qəbul edildi və bu, Sovet İttifaqının iddialı sənayeləşmə proqramı ilə daha da kəskinləşdi. Kəndlilər, ən kasıb hissəsi istisna olmaqla, kollektivləşmə siyasətinə qarşı müqavimət göstərdikləri görə Sovet hökuməti fermerləri kollektivləşdirməyə məcbur etmək üçün sərt tədbirlərə əl atdı. Vinston Çörçill ilə söhbətində Stalin Sovet kollektivləşməsinə müqavimət göstərdiyinə görə repressiyaya uğrayan qolçomaqların, o cümlədən zorla deportasiya olunanların da sayını vermişdir. Son tarixçilər ölənlərin sayının 6 ilə 13 milyon arasında olduğunu təxmin edirlər.
Böyük təmizləmə thumb|right|Mixail Tuxaçevski 1937-ci ildə Qırmızı Ordu generallarının məhkəməsində mühakimə olundu və güllələnərək öldürüldü.
Böyük Təmizlik (bəzən Stalin repressiyası və ya Böyük Terror''' adlanır) – 1936-cı ildən, 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası. Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir. Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina'' dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi.Yevgenia Albats, KGB: The State Within a State. 1995, page 101Robert Gellately. Lenin, Stalin, and Hitler: The Age of Social Catastrophe. Knopf, 2007 səh. 460Catherine Merridale. Night of Stone: Death and Memory in Twentieth-Century Russia. Penguin Books, 2002 səh. 200 "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür."Robert Conquest, The Great Terror: A Reassessment: 40th Anniversary Edition, Oxford University Press, USA, 2007. səh. 339"
Soyqırım, etnik təmizləmə və əhali köçürmələri Sovet İttifaqında siyasi repressiyalar təkcə ayrı-ayrı şəxsləri yox, eyni zamanda sovet əhalisinin tərkibində olan digər etnik, sosial və dini qrupları da hədəfə alırdılar.
Sovet İttifaqında əhalinin məcburi köçürülmələri dedikdə Sovet İttifaqında anti-sovet və ya anti-kommunist hərəkatlar içində olub, "fəhlə sinfinin düşmənləri" hesab edilən şəxslərin və ya qrupların, müxtəlif iş növlərində əmək gücü olaraq istifadə edilmək üçün ehtiyac olan yerlərə köçürülmələri və dövlət idarəsi tərəfindən planlanan köçürülmələr nəzərdə tutulur.
Bütün millətlət və etnik qruplar Sovet hökuməti tərəfindən İkinci Dünya müharibəsi zamanı düşmənlə iş birliyində olduqlarına görə kollektiv şəkildə cəzalandırıldı. Ən azı doqquz fərqli etnik-linqvistik qrup, o cümlədən etnik almanlar, etnik yunanlar, etnik polyaklar, Krım tatarları, Balkarlar, Çeçenlər və Kalmıklar Sibirin (bax: sybirak) və Qazaxıstanın ucqar və yaşayış olmayan bölgələrinə sürgün edildi. SSRİ-də məcburi köçürülmələrinin qurbanlarının başına gələn əziyyətlər milyonlarla insanın ölümünə səbəb oldu. Koreyalılar və rumınlar da deportasiya edildi. Yüz minlərlə insanı deportasiya etmək üçün XDİK-in kütləvi əməliyyatlarına ehtiyac yarandı.
Sovet İttifaqı hökumətinin qidanın müsadirə etməsi, ətin olmaması, aclığın nəticələrini görməməzlikdən gəlmək, ac qalan əhalinin miqrasiyasını əngəlləyən planlı tədarük məhdudiyyəti kimi fəaliyyətləri nəticəsində 1932–1933-cü illərdə əhalinin vəziyyəti ağırlaşdı. Bu milyonlarla insanın ölümünə səbəb oldu. 1932–1933-cü illərdəki aclıq zamanı həlak olanların ümumi sayının 6–7 milyonС. Уиткрофт (Stephen G. Wheatcroft), "О демографических свидетельствах трагедии советской деревни в 1931–1933 гг." (On demographic evidence of the tragedy of the Soviet village in 1931–1833), "Трагедия советской деревни: Коллективизация и раскулачивание 1927–1939 гг.: Документы и материалы. Том 3. Конец 1930–1933 гг.", Российская политическая энциклопедия, 2001, , с. 885, Приложение № 2 və ya 6–8 milyon nəfər olduğu təxmin edilir.
QULAQ QULAQ "məcburi əmək düşərgələrinin cəza sistemini və əlaqəli həbs və tranzit düşərgələrini və həbsxanaları idarə edən Dövlət Təhlükəsizliyinin bir qolu idi. QULAQ sistemi bu düşərgələrdə hər cür cinayətkarları saxlasa da, düşərgələr əsasən siyasi məhbuslar üçün nəzərdə tutulur və Sovet dövlətinə qarşı olan siyasi müxalifəti sıxışdıran bir vasitə kimi tanınmışdır.
Təxminən 14 milyon insan, 1929-cu ildən 1953-cü ilə qədər QULAQ əmək düşərgələrində olmuşdur. 6–7 milyondan çox insan, SSRİ-nin uzaq ərazilərinə sürgün olunmuşdur. Bəzi hesablamalara əsasən, düşərgələrdəki insanların ümumi sayı, 1934-cü ildə 510,307 nəfər idi, lakin bu rəqəm artıq 1953-cü ildə 1,727,970 nəfər idi.Getty, Rittersporn, Zemskov. Victims of the Soviet Penal System in the Pre-War Years: A First Approach on the Basis of Archival Evidence. The American Historical Review, Vol. 98, No. 4 (Oct., 1993), pp. 1017–1049 Digər hesablamalara əsasən, 1953-cü ilin əvvəlində məhbusların ümumi sayı, 2.4 milyondan çox idi. Bunların 465.000 nəfəri, siyasi məhbus idi."Repressions". Publicist.n1.by. Retrieved 2009–01–06. 11 ilini QULAQ-da keçirən 1970-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatının laureatı olmuş rus yazıçı Aleksandr Soljenitsın "Qulaq arxipelaqı" kitabında QULAQ və onun tarixi haqqında geniş şəkildə yazmışdır
İlhaq edilmiş ərazilərdəki repressiyalar 300px|thumb|left|1933-cü il. Xarkovda bir küçədə ac kəndlilər.
İkinci Dünya müharibəsinin ilk illərində Sovet İttifaqı Alman-Sovet Paktı və Gizli Protokolun nəticəsi olaraq Şərqi Avropadakı bir neçə ərazini ilhaq etdi.The Soviet occupation and incorporation at Encyclopædia Britannica
Baltikyanı ölkələr Sovetlər tərəfindən Baltikyanı ölkələrdə, Estoniya, Latviya və Litvada repressiyalar və kütləvi sürgünlər həyata keçirildi. Anti-Sovet ünsürlərin Litva, Latviya və Estoniyadan deportasiyasının aparılması qaydası haqqında" olan Serov Təlimatında, Baltikyanı ölkələrin deportasiyasını müşahidə edə biləcək ətraflı prosedur və protokollardan ibarətdir. "Xalqa xain olanları" cəzalandırmaq üçün ictimai məhkəmələr də qurulmuşdu. Sovet işğalının ilk ilində, 1940-cı ilin iyunundan 1941-ci ilin iyununa qədər edam edilmiş, hərbiyə çağırılmış və ya deportasiya edilmiş şəxslərin sayı ən az 124,467 idi: Estoniyada 59,732, Latviyada 34,250, Litvada 30.485 nəfər. Buraya Estoniyadan 8 keçmiş dövlət başçısı və 38 nazir, Latviyadan 3 keçmiş dövlət başçısı və 15 nazir, Litvanın isə o zamankı prezidenti, 5 baş nazir və 24 digər naziri daxil idi.
Stalindən sonrakı dövr (1953–1991) thumb|right|Litva Kommunist Partiyasının 1940–1974-cü illərdəki lideri Antanas Sniekkus, litvalıların kütləvi repressiyasına nəzarət edirdi.
Stalinin ölümündən sonra müxalifləri sıxışdırmaq kəskin şəkildə azaldı və yeni forma aldı. Sistemin daxili tənqidçiləri "sosial parazitlər" kimi anti-sovet təşviqatına, anti-sovet böhtanlarına görə məhkum edildi. Digərləri isə əqli xəstə, şizofreniya xəstəsi kimi qeyd edildi və "psikhushkas" da, yəni Sovet hakimiyyəti tərəfindən həbsxanalar kimi istifadə edilən ruhi xəstəxanalarda həbs olundular. Aleksandr Soljenitsın, Vladimir Bukovski və Andrey Saxarov başda olmaqla bir çox görkəmli müxaliflər ölkə daxilinə və ya xaricə sürgün edildilər.
Həyatını itirənlərin sayı