Sabir Gəncəli (tam adı: Sabir Süleyman oğlu Məmmədov; ) — tarix elmləri doktoru, yazıçı, jurnalist.

Həyatı Sabir Gəncəli 1932-ci il iyulun 26-da Gəncədə anadan olmuşdur. M. Ə. Sabir adına orta və ibtidai rəssamlıq məktəbini bitirmişdir. 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. 1958–1963-cü illərdə Bakı qəzetində, 1963–1967-ci illərdə "Azərbaycan qadını" jurnalı redaksiyasında ədəbi işçi, 1967–1975-ci illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmişdir. 1976–2010-cu illərdə "Azərbaycan qadını" jurnalının məsul katib vəzifəsində çalışmışdır. 1990–1996-cı illərdə yeni yaranan bir çox qəzet və jurnalların — "Fermer" və "Vəfa" jurnalı, "Cik-Cik" qəzeti, "Səhnə", "Dəli Kür" qəzetlərinin nəşrlərində fəal iştirak etmiş, onların işıq üzü görməsində köməklik götərmişdir. 2000–2014-cü illərdə Azərbaycanın İctimai Siyasi Universitetinin professoru olan Sabir Gəncəli "Azərbaycan mətbuat tarixi" və "Jurnalistika sənətkarlığı" fənnindən dərs demişdir.

16 iyul 2025-ci ildə Bakı şəhərində vəfat edib.

Yaradıcılığı Sabir Gəncəli ömrünün 68 ilini jurnalistika və elmi-tədqiqat işinə, milli mətbuatın öyrənilməsinə və təbliğinə həsr etmişdir. 1947-ci ildən başlayaraq, Azərbaycanda maarif və mədəniyyətin, qadın azadlığı hərəkatının, qadın təhsilinin inkişafında böyük rolu olmuş ziyalı qadınlarımızın həyatından, nəcib xidmətlərindən bəhs edən 1000-dən çox məqalə, tarixi silsilə oçerk, sənədli hekayə, iki sənədli povestin müəllifidir. 1967-ci ildə "XIX əsrin əvvəllərində Azərbaycanda maarif və mədəniyyətin inkişaf etdirilməsində Azərbaycan qadınlarının rolu" mövzusunda namizədlik, 1996-cı ildə Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda "Azərbaycanda qadın təhsili və Azərbaycanın tərəqqipərvər qadınlarının maarifçilik fəaliyyəti (XIX əsrin ikinci yarısı — 1920 ilə qədər)" mövzusunda dissertasiya müdafiə edib tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. Azərbaycan, rus, ingilis, ərəb, fars dillərində 20-dən artıq kitabın, o cümlədən 9 ensiklopedik toplunun müəllifi olan Sabir Gəncəli əsərlərində ilk dəfə olaraq milli mədəniyyətimizin görkəmli xadimləri Hacı Zeynalabdin Tağıyev, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, ilk publisist qadın Şəfiqə Əfəndizadə, ictimai xadim Həmidə Cavanşir, ilk dramaturq xanım Səkinə Axundzadə, görkəmli akademik Zərifə Əliyeva, Azərbaycanın ilk maarifpərvər qadınları: Hənifə Məlikova, Mədinə Qiyasbəyli, Xədicə Ağayeva, Sara Vəzirova, Nazlı Tahirova və yüzlərlə elm, mədəniyyət, maarif, incəsənət xadımləri haqqında bəhs etmişdir.

Mükafatları Sabir Gəncəlinin elmi-publisistik fəaliyyəti Azərbaycanın dövlət və ictimai təşkilatları tərəfindən yüksək qiymətləndirilmişdir. 2015-ci ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə Tərəqqi medalına, iki dəfə "Qızıl qələm mükafatı" (1983, 1996) mükafatına, 2006-cı ildə Beynəlxalq Dinlər arası və Dünya Sülh Federasiyaının Sülh Məramlı səfiri fəxri adına, Azərbaycan mətbuat şurasının fəxri Diplomuna (2015) layiq görülmüşdür.

Kitabları

Bədii İşıqlı yollar. Bakı: Uşaqgəncnəşr, 1959. Cəfər Babayev. Canlı xatirələr. Bakı: Uşaqgəncnəşr, 1960. 18 ay düşmən arxasında. Bakı: Azərnaşər, 1965. Üç qız, üç tale. Bakı: Gənclik, 1970. Ceyran Bayramova. Xatirlərim. Bakı: Azərnəşr, 1983. Hər şeyi olduğu kimi…(yazmadıqlarım, bilib yaza bilmədiklərim xatirələrimdə). Bakı: Azərbaycan nəşriyyatı, 2009.

Elmi Azərbaycanın maarifpərvər qadınları. Bakı: Azərnəşr, 1960. Ömürdən səhifələr. Bakı: İşıq, 1973. Nurlu ömürlərin dastanı. Bakı: Gənclik, 1975. Tərəqqi yollarında. Bakı: Gənclik, 1975. Azadlıq yollarında. Bakı: Azərnəşr, 1980. Azərbaycanın şanlı qızları. Bakı: İşıq, 1988. İşıqlı ömürlər, kövrək taleler. Bakı: Azərnəşr, 1991; Bakı: Azərbaycan nəşriyyatı, 2018 (ikinci nəşri). Hər sətirdə bir tarix... (ensiklopedik toplu). Bakı: Şur, Cik-cik, 1994. Qadın, gözəllik və ülviyyət (ensiklopedik toplu). Bakı: Azərbaycan nəşriyyatı, 2001. Qadın hərəkatının ön cərgələrində. Bakı: Azərbaycan nəşriyyatı, 2004 (həmmüəllif). Nəsillər, ailələr, talelər (ensiklopedik toplu). I kitab. Bakı: Azərbaycan nəşriyyatı, 2006. Bir ömürdə yaşanan üç həyat (Elmira Süleymanova haqqında). Bakı: Nurlan, 2007. 777 sual... Düşündürücü, əyləncəli ensiklopedik toplu. Bakı: Azərbaycan nəşriyyatı, 2008. 777 sual, 1001 cavab... Düşündürücü, əyləncəli ensiklopedik toplu. Bakı: Azərbaycan nəşriyyatı, 2011. Ailə. Nəsillər, ailələr, talelər. Ev üçün, ailə üçün ensiklopedik toplu. II kitab. Bakı: Azərbaycan nəşriyyatı, 2011. İgid oğullarla bir cərgədə (ensiklopedik toplu). Bakı: Elm və təhsil, 2015. Azərbaycan qadınlarının həyat və mübarizə salnaməsi. Bakı, 2017. Azərbaycan mətbuatının şəfəqləri (ensiklopedik toplu). Bakı: Nəşriyyat "OL", 2020.

İstinadlar

Məqalələr "Hər şey olduğu kimi…" Demək bu vicdan işidir. Şəfəq Nasir, Kredo qəzeti 08.08.2019 Azərbaycan Demokratik Cümhuriyyəti qadınlarımızın taleyində, Respublika qəzeti 03.08.2018 İşıqlı ömürlər, kövrək talelər. Məqalə Respublika qəzeti 05.18.2018 Ömrün bu çağında da. Məqalə Ədəbiyyat qazeti 08.08.2020 "Əkinci" qəzetinin ənənələri və Azərbaycan Qadın Mətbuatı. Məqalə Respublika qəzaeti 03.07.2015 Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Məqalə Azərbaycan qəzeti 14.02.2018 Sabir Gəncəli - Gəncə 93 yaşlı söz ustadını itirdi. Maarifçi qadınlar - Sabir Gəncəli Cümhuriyyət aşiqi (ilk hissə) Maarifçi qadınlar - Sabir Gəncəli Cümhuriyyət aşiqi (sonuncu hissə) XX yüzillik, 1962-ci il - Sabir Məmmədov Gəncəli

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan feministləri Kateqoriya:Azərbaycan memuarçıları