() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası İkiillik bitkidir. Gövdəsi bir və ya bir neçə sayda, sadə və ya yuxarı hissədə budaqlanan, hündürlüyü (20) 30–50 (100) sm, xırda yumşaq bozumtul-ağ tüklüdür. Çiçək qrupu ensiz və seyrək süpürgəşəkilli, qıvrımlardan ibarətdir. Yarpaqları lansetvari, bir ədəd çıxıntılı orta damarlı, bozumtul və yarımsıxılmış və ya yarımaralı tükcüklüdür, aşağıdakılar çiçəkləmə zamanı solur, kürəkvari-lansetvari, uzunluğu 5–10 sm, eni 8–15 mm-dir, gövdə yarpaqları oturaq lansetvari və ya lansetvari-xətvari, yuxarıdakılar isə zəif enlənmiş qaidəli, iti ucludur. Qıvrımları boş dəstələrə, süpürgə şəklində yığılmışdır, uzunluğu 5–20 sm, eni 5–10 sm-dir. Kasacığın çiçəkləmə zamanı uzunluğu 5–7 mm-dir. Çiçək tacı göybənövşəyi və ya demək olar ki, göy rəngli, enli olmayan zəngşəkillidir. Fındıqçaları üçbölümlü-yumurtvari, boz rəngli, çox və sıx olmayaraq qabarcıqlıdır.

Yayılması Böyük Qafqazın Quba sahəsi, Abşeronun rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi yayılmışdır. Əkin sahələrində alaq, qaya və daşlı sahələrdə, çay ətrafı çınqıllı yerlərdə bitir.

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Avropa florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Dərman bitkiləri Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:Mərkəzi Asiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Asiya mənşəli kənd təsərrüfatı bitkiləri