Almaniya fəhlə partiyası (, DAP) — Almaniyada 1919-cu ildə yaranmış partiya. Tarixi Veymar konstitusiyası qəbul ediləndən sonra da Almaniyada inqilabi əhvali-ruhiyyə davam etməkdə idi. Bu isə ilk növbədə yuxarı dairələri narahat edirdi. Ona görə də onlar çarəni faşist partiyasını yaratmaqda gördülər. Almaniyada ilk faşist partiyası 1919-cu ilin yanvarında Anton Dreksler tərəfindən Almaniya fəhlə partiyası adı ilə yarandı. Onun proqramı 1920-ci ildə qəbul edildi və orada Böyük Almaniya yaratmaq ideyası irəli sürüldü. Bu partiyanın liderləri tezliklə müəyyən etdilər ki, Almaniyada həm millətçilik, həm də sosializm ideallarına sədaqət çox güclüdür. Ona görə də 1921-ci ildə onlar bu partiyanın adını dəyişdirərək Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDAP) adlandırdılar.
Məşhur üzvləri
Anton Dreksler — partiyanın banisi və lideri Adolf Hitler Ernst Röm Alfred Rozenberq Hans Frank Ditrix Ekkart Ədəbiyyat Biblioqrafiya
Kateqoriya:Almaniyadakı siyasi partiyalar Kateqoriya:1919-cu ildə yarananlar Kateqoriya:1920-ci ildə ləğv olunanlar Kateqoriya:Nasional Sosialist Alman Fəhlə Partiyası Kateqoriya:İfrat sağçı siyasi partiyalar