RTA Psixologiya İnstitutu — 1912-ci ildə Moskva Universitetinin nəzdində professor Georgi İvanoviç Çelpanovun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Rusiyada ilk, dünyada isə 3-cü Psixologiya İnstitutu.Əliyev R.İ. Psixologiya tarixi. Bakı, 2006

Tarixi İnstitutun rəhbəri G.İ.Çelpanov 1907-ci ildə Moskvaya köçür və Moskva Universitetində fəlsəfə kafedrasına rəhbərlik edir. Çelpanovun ən böyük xidməti Psixologiya İnstiutunu yaratmasıdır.

Psixologiya İnstitutu formal olaraq 1912-ci ildə yaradılsa da, faktiki olaraq 1914-cü ildən fəaliyyətə başlamışdır. 1923-cü ildə onu nəinki universitetdən, hətta rəhbərlik etdiyi Psixologiya İnstitutundan işdən qovurlar. Lakin az sonra o, Dövlət Rəssamlıq Akademiyasında dərs deyir. 1927-ci ildə onun sonuncu kitabı nəşr olunur. 1930-cu ildə isə o, tamamilə işsiz qalır.

İstinadlar

Kateqoriya:Psixologiya təşkilatları Kateqoriya:1912-ci ildə yarananlar Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar