Sultanqazi () — İstanbul ilinin ilçəsi. 2008-ci ildə 14 Qaziosmanpaşa və Əyyubsultan və Əsənlər ilçələrindən olan məhəllələrin iştirakı ilə qurulmuşdur.

Dənizdən 50 metr yüksəklikdə olan və sahəsi 36 km² olan rayon şərqdə Əyyubsultan, qərbdə Əsənlər, cənubda Qaziosmanpaşa və şimal-qərbdən Başaqşəhər ilə həmsərhəddir. İlçə, sahəsinə İstanbul ilçələri arasında 19-cu yerdədir.

16 məhəllədən ibarət olan ərazidə Əlibəy bəndi, Cebeci ocaqları və bir neçə kiçik çay yer alır. Əlibəy bəndi 1975-1983-cü illər arasında istifadə və sənaye su təchizatı məqsədilə inşa edilmiş və hələ də Avropa tərəfinin əhəmiyyətli bir hissəsinin içməli suya olan tələbatını ödəyir. Saxsı gövdə doldurma növü olan bəndin həcmi 1.930.000 m³, çay yatağından hündürlüyü 30.00 m, normal su səviyyəsində gölün həcmi 66.80 hm³, normal su səviyyəsində olan göl 4.66 km-dir. İldə 39 hm³ içməli su təmin edir. Üzərində əyləncəli balıqçılıq və su idmanı fəaliyyətləri həyata keçirilir və ətrafı qorunan meşəlik ərazisi ilə ilçənin sakitçilik ehtiyaclarını ödəyir. İlçənin sərhədləri daxilində bir ali təhsil qurumu da vardır (Bezmiâlem Vakıf Universiteti İlhan Varank Kampusu).

Əhali Yıl Toplam 2008 444.295 2009 452.563 2010 468.274 2011 483.225 2012 492.212 2013 505.190 2014 513.022 2015 521.524 2016 525.090

Siyasət Bələdiyyə seçkiləri Sultanqazi bələdiyyə başçıları və siyasi partiyalar İl Məmur Siyasi partiyaFaiz 2009 Cahit AltunayAKP%48,23 2014 Cahit AltunayAKP%58,59 2019 Abdurrəhman DursunAKP%58,52

Ümümi seçkilər İl Siyasi partiya Faiz 2011 AKP %59 2015 AKP %51 2015 AKP %60 2018 AKP %53

İstinadlar

Həmçinin bax

Kateqoriya:İstanbul ilinin ilçələri Kateqoriya:2008-ci ildə yaranmış dövlətlər və ərazilər