Sergio Rossi () — İtaliyalı dizayner. "Sergio Rossi" adlı lüks ayaqqabı markasının yaradıcısı.
Həyatı Sergio Rossi 31 iyul 1935-ci ildə Emiliya-Romanya regionunun San Mauro Pascoli şəhərində doğulub.
İtaliyalı dizaynerə 2020-ci ilin martında koronavirusa yoluxma diaqnozu qoyulub və o, Çezenada xəstəxanaya yerləşdirilib. S.Rossinin vəziyyəti uzun müddət stabil olsa da, aprelin 2-də kəskin pisləşib və o, 84 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
Fəaliyyəti O, 1951-ci ildə qadın ayaqqabı markası "Sergio Rossi"ni yaratdıqdan sonra məşhurluq qazanıb.
İstinadlar
Kateqoriya:COVID-19 pandemiyasından İtaliyada vəfat edənlər Kateqoriya:Çezenada vəfat edənlər Kateqoriya:İtaliya dizaynerləri Kateqoriya:İtaliya şəxsləri