RPK (rom: Ruçnoy Pulemyot Kalaşnikov, rus: Ручной пулемёт Калашникова (Az: Əllə Kalaşnikov avtomatı) 7,62×39 mm çaplı Sovet dizaynlı manqalara dəstək məqsədilə hazırlanmış yüngül pulemyotdur. Mixail Kalaşnikov tərəfindən 1959-cu ildə AKM ilə birlikdə hazırlanmışdır. 7,69×39 mm kalibrdəki RPD çoxməqsədli pulemyotunun yerinə hazırlanmışdır. Hələ də aralarında Rusiyanında olduğu keçmiş sovet respublikaları, o cümlədən şərq bloku, Afrika və bəzi Asiya silahlı qüvvələri tərəfindən istifadə edilməyə davam edir. Polşa bunu 1974-cü ildə əldə etdi və hava-desant qoşunları, kəşfiyyat və xüsusi əməliyyat bölmələri tərəfindən istifadə olunur. RPK hazırda Rusiyanın icazəsi ilə Bolqarıstan və Rumıniya tərəfindən lisenziyaya əsasında istehsal olunur. Türkiyə Silahlı Qüvvələri də bu silahdan istifadə edənlər sırasındadır. Digər pulemyotlardan daha yüngül və keyfiyyətlidir.
Ayrıca olaraq sökülməsi və yığılması ilə AK seriyalı avtomatları ilə eynidir. Qısaca olaraq AKM-in fərqli modelidir.
İstifadə etdiyi sursat aşağıdakı kimidir: 7.62x39 mm (RPK, RPKS) 5.45x39 mm (RPK-74, RPKS-74)
Atış sürəti dəqiqədə 600 mərmi, İlk çıxış sürəti 745 m/s (RPK, RPKS) 960 m/s (RPK-74, RPKS-74) təşkil edir. Doldurulma sistemini 30,40,45,50 mərmilik qutu, ya da 70,75 mərmilik dairəvi disk təşkil edir.
Növləri RPKN RPKS RPKSN RPK-74 RPK-74N RPKS-74 RPKS-74N
Dizayn detalları sol|thumb|Rumıniya əsgəri ABŞ əsgərinə RPK-dan istifadəni başa salarkən
Çəki: 4.8 kq (RPK); 5.1 kq (RPKS); 4.7 kq (RPK 74); 4.85 kq (RPKS-74) Uzunluq: 1,040 mm (RPK, RPKS); 820 mm qatlanan qol ilə (RPKS) Lülə uzunluğu: 590 mm Sursat: 7,62×39 mm (RPK, RPKS); 5,45×39 mm (RPK-74, RPKS-74) Kalibr: 7.62 Atış sürəti: 600 mərmi/dəqiqə Təsirli mənzil: 100 m ilə 1,000 m arasında
Xüsusiyyətləri və işləmə mexanizmi RPK AKM əsaslı avtomatdır. Eyni texniki xüsusiyyətlər ilə işləyir, 7.62x39 mm-lik güllələrdən istifadə edir. Atış sayı əvvəlki AKM növlərindən daha yüksəkdir. Bir-birinə qarışan AKM və RPK hissələri diqqətəlayiqdir.
RPK-nın ehtiyaclarına cavab verir: sursat, maqazin, ehtiyat maqazin, silahın üstündə yoxdursa təmizləmə dəsti, xidməti yağ.
Kateqoriya:SSRİ pulemyotları Kateqoriya:1961-ci ildə SSRİ-də yarananlar Kateqoriya:7.62×39 mm kalibrli silahlar