Nəriman Nərimanovun Ev Muzeyi — Tbilisi şəhərində yerləşən ev muzeyi. Azərbaycan Respublikasının mülkiyyətidir.NƏRİMAN NƏRİMANOVUN VƏ CƏLİL MƏMMƏDQULUZADƏNİN TBİLİSİDƏKİ EV-MUZEYLƏRİ AZƏRBAYCANIN MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNİN MÜLKİYYƏTİNƏ KEÇİRİLMİŞDİR Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspozisiya Muzeydə Azərbaycan Sovet dövlət xadimi Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edən eksponatlar, onun əlyazmaları, kitabları, əsərləri, ona ünvanlanan məktublar və s. təqdim olunub.

Tarixi Muzey 1982-ci ildə Mirzə Şəfi küçəsində, Nəriman Nərimanovun əcdadlarına məxsus bir evdə açıldı. O. burada anadan olmuşdur.

2008-ci ilin dekabr ayında (digər mənbələrə görə, 2007-ci ildə) bütün rayonun yenidən qurulması zamanı Mirzə Şəfi küçəsindəki köhnə binalar sökülmüş, Nəriman Nərimanov Ev-Muzeyi dağıdılmışdıMədəniyyət və Turizm Nazirliyi Tiflisdə Nəriman Nərimanovun Ev Muzeyinin sökülməsi faktını təsdiqləyib APA.az, lakin Gürcüstan və Azərbaycan hökumətləri muzeyin yenidən qurulması haqqında razılığa gəldilər və məkan bərpa edildi"Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub " Trend Xəbər Agentliyi, ancaq bu dəfə İosif Qrişaşvili 41 küçəsindəNəriman Nərimanovun xatirə muzeyi .

Yenidənqurma işləri MStudio tərəfindən həyata keçirildi, ev həcminin artması ilə təzədən tikildi, bu sərgi sahəsini genişləndirməyə imkan yaratdı, 6 sərgi otağı, eyni zamanda inzibati və texniki otaqlar yaradıldı. Yenidən qurulan taxta sürahiləri olan məşhur gürcü balkonları xüsusi maraq doğurular. Evin qarşısında Nərimanovun büstü qoyulub.

İstinadlar

Kateqoriya:Tbilisi muzeyləri Kateqoriya:Nəriman Nərimanov