Mirzə Hüseyn bəy Məhəmməd ağa oğlu Usubov (Hacıyusifli) — şair, xəttat.

Həyatı

Mirzə Hüseyn bəy Salar 1824-cü ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında öz ünlü təzkirəsində söhbət açmışdı. Şair idi. Salar təxəllüsü ilə ruh aləminə uyğun şeirlər yazırdı. Mirzə Hüseyn Salar həm də gözəl xəttat idi. Mirzə Adıgözəl bəy Qarabağinin Qarabağnamə adlı əsərinin üzünü köçürmüşdü. Mirzə Hüseyn bəy Salar 1876-cı ildə vəfat edib. Onun Yusif bəy adlı oğlu vardı.

Yaradıcılığı

Mənbə

Ənvər Çingizoğlu. Muğanlılar. Bakı: "Soy" dərgisinin xüsusi buraxılışı, 2008, 128 səh.

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan xəttatları Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:1824-cü ildə doğulanlar Kateqoriya:1876-cı ildə vəfat edənlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər