Mirzə İsmayıl Məşədi Qasım oğlu Hacılı-Cavanşir () — şair, xəttat, Şuşada fəaliyyət göstərən Məclisi-Fəramuşan ədəbi cəmiyyətinin üzvü.
Həyatı Mirzə İsmayıl Məhzun 1828-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Atasının yanında sərraclığı öyrənmişdi. Bir müddət əttarlıq etmişdi. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Məktəbdarlıqla məşğul olmuşdu. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Mirzə İsmayıl mahir xəttat idi.
Mirzə İsmayıl Məhzun 1894-cü ildə vəfat edib. Onun Ələsgər adlı oğlu vardı.
Həmçinin bax Məhəmməd ağa Müctəhidzadə Qafar Rağib İstinadlar
Mənbə
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan xəttatları Kateqoriya:Məclisi-fəramuşanın üzvləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Türk şairlər