Beşinci Zobucuq bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 2009 - 2014-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.
Tarixi 26.05.2009-cu il tarixli 824-IIIQ nömrəli Qanunla "Azərbaycan Respublikası Fizuli rayonunun ərazisində... Üçüncü Zobucuq, Dördüncü Zobucuq və Beşinci Zobucuq qəsəbələrini əhatə edən Beşinci Zobucuq bələdiyyəsi "yaradılmış, “Bələdiyyələrin əraziləri torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın yeni redaksiyada verilməsi barədə" 29.05.2009-cu il tarixli 827-IIIQ Qanunun Əlavəsinin 21-ci bəndində artıq Füzuli rayonunda 31 bələdiyyə nəzərdə tutulmuşdur.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.
2010-cu ildə Bələdiyyənin Nizamnaməsi qəbul edilib və Füzuli rayonunun Zobucuq bələdiyyəsinin 11.04.2015-ci il tarixli 04 nömrəli Protokolunda təsbit eidlmiş 3-cü Qərarı ilə bu Nizamnamə ləğv edilmişdir.
2009-cu ildə bu Bələdiyyə 18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Horadiz şəhərində yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının, 03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının üzvülüyünə qəbul edilib.
30.05.2014-cü il tarixli 977-IVQ nömrəli Qanunun 7-ci hissəsinə əsasən: "7. Füzuli rayonu üzrə: 3) Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin əhatə etdiyi Birinci Zobucuq, İkinci Zobucuq, Üçüncü Zobucuq, Dördüncü Zobucuq və Beşinci Zobucuq qəsəbələrində Zobucuq bələdiyyəsi" yaradılıb və bununla da Füzuli rayonunun Beşinci Zobucuq bələdiyyəsinin fəaliyyətinə xitam verilib.
Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsi olmuşdur.
"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunun əvvəlki redaksiyasına əsasən həmin bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün vergi koduBələdiyyənin statistik koduİnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Zobucuq bələdiyyəsi7500248621Üçüncü Zobucuq qəsəbə iəd60636005Üçüncü Zobucuq qəsəbəsi60636016Dördüncü Zobucuq qəsəbə iəd60637005Dördüncü Zobucuq qəsəbəsi60637016Beşinci Zobucuq qəsəbə iəd60638005Beşinci Zobucuq qəsəbəsi60638016
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu "Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Kateqoriya:Füzuli rayonunun ləğv olunmuş bələdiyyələri Kateqoriya:2009-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr Kateqoriya:2014-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr