Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu Zöhrabbəyov () — görkəmli pedaqoq, Fransada, Rusiyada oxumuş ziyalı.

Həyatı Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu 1859-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Fransaya yollanmış, burada 12 il təhsil aldıqdan sonra o, Rusiyaya gəlir və Sankt-Peterburq şəhərində təhsilini davam etdirmişdi. İnqilabdan əvvəl Şuşaya qayıdır, öz vəsaitinə məktəb tikdirir və həmin məktəbdə rus dili dərsini deməyə başlayır. Bu tədris fənni üçün Mirzə Salah bəy Zöhrabbəyov "Azərbaycanlılar üçün rus dilinin tədrisi" dərslik vəsaitini yazmışdır. Bir müddət Şuşa real məktəbində müəllim işləmişdi. O, Firidun bəy Köçərli birlikdə "Təlimati-lisani-türki" dərsliyini tərtib etmişdi. left|270px|thumb|Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi Sovet hakimiyyəti gəldikdən sonra o, öz xoşu ilə Şuşadakı, Vladiqafqazdakı evlərini və şəxsi banklarını onlara təhvil verib, öz məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdi.

Mirzə Salah Zöhrabbəyov 1940-cı ildə vəfat edib.

Yaradıcılığı

Mirzə Salah bəy Zöhrabbəyov şair idi. Tegin təxəllüsü ilə şeir yazırdı.

Ailəsi Mirzə Salah Zöhrabbəyovun Cəmil bəy, Zöhrab bəy adlı oğulları, Səkinə xanım, Firuzə xanım, Hümay xanım adlı qızları vardı.

Mənbə Ənvər Çingizoğlu. Zöhrabbəyovlar. "Soy" dərgisi, 9 (17) 2008. Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.

Həmçinin bax Zöhrabbəyovlar

İstinadlar

Kateqoriya:Pedaqoqlar Kateqoriya:Şuşa real məktəbinin müəllimləri